Azərbaycan-Litva ikitərəfli əlaqələri müzakirə edilib
Tarix: 25.11.2013 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Seyminin yeni sədri xanım Loreta Qraujinene ilə görüşüb.
Görüşdə Azərbaycan-Litva münasibətləri, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Həsən Məmmədzadə Azərbaycan ilə Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, hazırda Litva Seymində Azərbaycan ilə dostluq qrupunun üzvlərinin sayı 49-a çatıb.
Diplomat iki ölkə arasında əməkdaşlığın inkişafında qanunverici orqanların imkanlarının maksimum səfərbər olunması məqsədi ilə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.
L.Qraujinene Litva Seymində bir qrup deputat tərəfindən Azərbaycan ilə münasibətlərə ziyan verə biləcək bəzi xoşagəlməz addımların atıldığını təəssüflə qeyd edib, gələcəkdə deputatların bu cür mənfi hallara yol verməyəcəklərinə inandığını bildirib.
Görüşdə, həmçinin L.Qraujinenenin gələn il Azərbaycana səfəri məsələsi müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info