MDB dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə məşvərət şurasının növbəti iclası
Tarix: 25.11.2013 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Moskvada MDB dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə məşvərət şurasının XXVI iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iclasda Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Xaliq İlyasov təmsil ediblər.
Tədbirdə şuranın XXV iclasında qəbul olunmuş qərarların icra vəziyyəti, MDB-yə üzv ölkələrdə əmək və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər, peşə hazırlığı işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsinin təşkili və digər məsələlər müzakirə olunub.
Eyni zamanda, tədbir iştirakçıları tərəfindən məşvərət şurasının əlilliyin səviyyəsinin müəyyənləşdirilməsi və reabilitasiya məsələləri üzrə işçi qrupunun 2014-cü ilin mart ayında nəzərdə tutulmuş iclasının Bakıda keçirilməsi təklifi irəli sürülmüş və bu barədə MDB İcraiyyə Komitəsinə müraciət qəbul edilib.
İclas çərçivəsində Natiq Məmmədov Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin, bu ölkənin Federal Miqrasiya Xidmətinin rəis müavini Anatoli Kuznetsov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Kayrat Absattarov, Belarusun əmək və sosial müdafiə nazirinin müavini İqor Starovoytov ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə müvafiq qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərdə ötən il Bakıda məşvərət şurasının XXV iclasının uğurlu və səmərəli keçdiyi qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info