“Sirli hərflər”
Tarix: 25.11.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Bakı Rəsm Qalereyasında "Sirli hərflər" xəttatlıq sərgisi keçirilir. Sərgidə Türkiyədə yaşayan həmyerlimiz, xəttat Gülhan Beydemirin əsərləri nümayiş olunur. Bakı Rəsm Qalereyasının rəhbəri Eldəniz Babayev sərginin Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsindən olduğunu vurğulayıb.
O, belə bir sərginin məhz Seyid Yəhya Bakuvinin Şirvanşahlar sarayındakı türbəsinin yaxınlığında, İçərişəhərdə keçirilməsinin də təsadüf olmadığını deyib. Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Seyid Yəhya irsinin yorulmaz tədqiqatçısı dosent Mehmet Rıhtım UNESCO-nun yubileylər proqramı çərçivəsində Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinin qeyd olunmasını, Bakuvi irsinə diqqətin artmasını əlamətdar hal kimi qiymətləndirib. Alim, azərbaycanlı xəttat Gülhan Beydemiri öz işinin mahir ustası adlandırıb və sərgidə nümayiş olunan ərəb əlifbası ilə yazılmış əsərlərin bəzisini izləyicilər üçün səsləndirib. M.Rıhtım qeyd edib ki, Gülhan Beydemirin xəttatlıq əsərləri burada nümayiş olunandan qat-qat çoxdur və xəttatın Bakının Qala kəndindəki evində saxlanılır. G.Beydemir elə həmin evdəcə xəttatlıq işlərinin muzeyini yaratmaq arzusundadır. Fəlsəfə doktoru Firudin Qurbansoy ərəb əlifbasının dünyanın bütün əlifbalarından öz gözəlliyi ilə seçildiyini vurğulayıb. Onun sözlərinə görə, xəttatlıq sənətini yaşadan həm də G.Beydemir kimi usta sənətkarların məharətidir.
Xəttat G.Beydemir sərgi ziyarətçilərinə təşəkkürünü bildirərək, öz sözünü əsərlərində dediyini bildirib və tamaşaçıları əsərləri ilə tanış edib. Sərgini təşkil edən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məlumat verib ki, sərgi MİRAS İB ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info