Kiyevdə keçirilən aksiyada toqquşma olub
Tarix: 25.11.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Ukraynanın baş naziri Nikolay Azarov Avropa İttifaqı ilə assosiasiya sazişinin 2014-cü ilin əvvəllərində keçiriləcək Ukrayna-Avropa İttifaqı sammiti zamanı imzalana biləcəyini deyib.
“UNİAN” agentliyinin yaydığı xəbərə görə, N. Azarov Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin də bu cür bəyanat verdiyini xatırladaraq bildirib ki, müxalifətdən fərqli olaraq, Avropada Ukrayna hökumətinin avrointeqrasiyanı dayandırmaq qərarı faciə kimi qarşılanmayıb: “Bizim müxalifət sabitliyi pozmaq üçün hər cür bəhanədən istifadə edir. Avropa Birliyi bizim iqtisadi durumumuzu çox gözəl başa düşür. Fülenin bəyanatı onu göstərir ki, sağlam düşüncə var və biz düzgün qərar qəbul etmişik. Biz problemlərimizi həll edib, daha sonra assosiasiya sazişini imzalamalıyıq”. Xatırladaq ki, Ukraynada avrointeqrasiya tərəfdarlarının kütləvi aksiyaları başlayıb. Noyabrın 24-də paytaxt Kiyevdə keçirilən kütləvi tədbirlərdə on minlərlə insan iştirak edib. Müxalifət müddətsiz aksiyalar keçirəcəyini bildirib. Son məlumatlara görə, Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyası toqquşmalarla nəticələnib. 100 minədək insanın toplaşdığı aksiyaya polis müdaxilə edib. Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşma olub, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyanın dağıdılmasına “Berkut” xüsusi təyinatlı qüvvələri cəlb olunub, lakin onlar mitinqi dağıda bilməyiblər. Hələlik, yalnız aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru hərəkətinin qarşısını almaq mümkün olub. Müxalifət “Avropa” meydanında və Nazirlər Kabinetinin qarşısında çadırlar qurmağa başlayıb. Kiyev polisinin rəhbərliyi bəyan edib ki, çadır şəhərciyini sökmək niyyətində deyillər, amma hökumət müvafiq qərar qəbul etsə, ictimai asayişi bərpa etmək üçün bütün vasitələrə əl atmağa hazırdırlar. Ukrayna Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda bir “Berkut” xüsusi təyinatlısının yaralandığını bildirib. Rəsmi məlumata görə, nümayişçilərdən xəsarət alan yoxdur. Bu arada Ukrayna prezidenti Viktor Yanukoviç noyabrın 28-29-da Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının Vilnüsdə keçiriləcək zirvə toplantısında iştirak etməyi planlaşdırır. Bunu Ukraynanın xarici işlər naziri Leonid Kojara deyib. “Prezident “Şərq tərəfdaşlığı”nın Vilnüs sammitinə getməyi planlaşdırır”- deyə o, söyləyib. L. Kojara bildirib ki, Ukrayna avrointeqrasiyadan imtina etmir. Bununla yanaşı, nazir hökumətin Aİ ilə assosiasiya sazişi imzalanmasına hazırlığın dayandırılması barədə qərarını dəstəklədiklərini də vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info