“Forbes”: “Avropada demoqrafik vəziyyət Rusiyadan daha pisdir”
Tarix: 25.11.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Mark Adomanis: “Demoqrafik göstəricilərin Rusiyaya ciddi təsir edəcəyini düşünənlər, Avropanın bu sahədə ruslardan da ağır problemlə üzləşdiyini unutmasınlar”

“Mən dəfələrlə bildirmişəm ki, Rusiyada demoqrafik vəziyyətin həddindən artıq ağır olması ilə bağlı ortaya qoyulan mövqe yanlışdır. Bəli, Rusiyada demoqrafik vəziyyətin yaxşı olmadığı reallıqdır, amma vəziyyət heç də əlacsız və faciəli halda deyil. 2013-cü il ərzində Rusiyada əhalinin təbii artımı məsələsində cüzi də olsa müsbət rəqəmlər qeydə alınıb. Mərkəzi Asiya və digər keçmiş ittifaq dövlətlərindən gələnlər hesabına Rusiyada əhali artımında müsbətə doğru dəyişikliklər qeydə alınmaqdadır”. Bu sətirlər “Forbes” jurnalında çap edilən məqalədə yer alıb. Məqalənin müəllifi olan Mark Adomanis yazır ki, Rusiyada demoqrafik vəziyyətdən danışan ekspertlər əksər hallarda artımın olmadığını, ölüm hallarının çox olduğunu qeyd edirlər:
“Amma onlar unudurlar ki, analoji hallarla bu gün Avropa İttifaqına üzv olan dövlətlər də qarşılaşır. Avropa İttifaqının müvafiq təşkilatı bu yaxınlarda 2012-ci ilin göstəricilərini açıqlayıb. Rusiyadakı demoqrafik vəziyyəti məhz bu açıqlama kontekstində dəyərləndirmək lazımdır. Avropa və Rusiyadakı göstəriciləri müqayisə edəndə belə məlum olur ki, Rusiyada bir çox göstərici Avropa İttifaqına üzv olan dövlətlərin çoxundan daha yaxşıdır. Ola bilər ki, Avropa İttifaqına üzv olan bir çox kiçik dövlətlərdə iqtisadi çətinliklərdən, siyasi ziddiyyətlərdən doğan məqamlara görə azalmalar müşahidə edilir. Amma 2012-ci ilin nəticələrini analiz edəndə aydın olur ki, Avropanın iqtisadi həyatında çox böyük rol oynayan, həyati əhəmiyyətli dövlətlər olan Almaniya və İtaliya kimi dövlətlərdə də demoqrafik göstəricilər pisləşib. Hətta Avstriyada qeydə alınan demoqrafik göstəricilər Rusiyadan pisdir. Fakt odur ki, Avropa İttifaqının nüvəsini təşkil edən dövlətlər obyektiv tendensiyaların məntiqi nəticəsi olaraq Rusiyadan daha pis vəziyyətdədirlər. Açıqlanan rəqəmlər mənim nəyə görə “ölən ayı” və ya “Rusiyada sonuncu insan” kimi fikirlərə qarşı olduğumu ortaya qoyur. Əgər Rusiya ölənə qədər içən qocalardan ibarətdirsə, onda Macarıstan, Bolqarıstan, Latviyadakı vəziyyət nədir bəs? Əhalisini Rusiyadan daha sürətlə itirən ölkələrə nə deyək? Baş verən tendensiyaları müzakirə etmək vacibdir, amma bu məsələyə qızğın ritorika ilə yanaşma bizi dəqiq analizdən uzaqlaşdırır. Mən 5-10 ildən sonra Rusiya və ya Avropa İttifaqında demoqrafik göstəricilərin necə olacağını deyə bilmərəm, bunun üçün xüsusi reseptim də yoxdur. Amma bir məsələni deyə bilərəm ki, demoqrafik göstəricilərin Rusiyanın iqtisadi və siyasi həyatına ciddi təsir edəcəyini düşünənlər, Avropa İttifaqının bu sahədə ruslardan da ağır problemlə üzləşdiyini unutmasınlar”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info