Qroznıda azərbaycanlı və rusiyalı gənclərin görüşü olacaq
Tarix: 25.11.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Noyabrın 26-dan başlayaraq Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, forumda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti təmsil edəcək. Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatlarının Milli Şurası, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi, Çeçenistan Respublikasının Gənclər Nazirliyi və Rusiyanın Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının təşkilatçıları olduqları bu forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır. Forumda Azərbaycan Respublikası və Rusiya Federasiyasının gənclərlə işləyən dövlət orqanlarının və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulub. Tədbirin proqramı çərçivəsində hər iki ölkənin istedadlı gənc musiqiçilərinin iştirakı ilə mədəni gecə təşkil ediləcək. Forum 28 noyabr tarixində işinə yekun vuracaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info