Ağ Ev: “İran 6 ayda 7 milyard dollar gəlir əldə edəcək”
Tarix: 25.11.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


İran nüvə razılaşmasının icra olunacağı 6 ay müddətində sanksiyaların yüngülləşdirilməsi müqabilində 7 milyard dollar gəlir əldə edəcək. Bu barədə Ağ Ev açıqlama yayıb. Xəbərdə həmçinin bildirilir ki, müvəqqəti razılaşma əsasında İranın dondurulmuş neft gəlirlərindən təxminən 4,2 milyard dolları sərbəst buraxılacaq.
Eyni zamanda məlumatda İranın indiki səviyyədə neft ixracını davam etdirə biləcəyi və bu ölkə neftinin müştərilərinə tələbatlarını aşağı salmaları üçün təzyiq göstərilməyəcəyi qeyd olunub. Bundan əlavə, İranın qızıl və qiymətli daşlar, avtomobil və neft-kimya sənayesinə qarşı tətbiq edilmiş sanksiyalar da təxirə salınır və rəsmi Tehran bu yolla 1,5 milyard dollarlıq gəlirinə qovuşur. Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə məsələsi ilə bağlı razılığın əldə olunması ölkə içərisində bəzi çevrələrdə narazılıq yaratsa da, xalq içərisində böyük sevincə səbəb olub. Yerli sakinlər əllərində bayraqlar və İran prezidenti Həsən Ruhaninin şəkilləri ilə küçələrə çıxaraq şadyanalıq ediblər, müxtəlif şüarlar səsləndiriblər, qələbəni böyük coşqu ilə qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info