Antonius Bruk: “Azərbaycan Avropada sürətlə inkişaf edən yeni turizm məkanıdır”
Tarix: 26.11.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim
Mərkəzinin açılışı olub


Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində turizm sahəsi üzrə peşəkar kadrların hazırlanması məqsədi ilə yaradılan Təhsil-Təlim Mərkəzinin açılışı olub. İki qurum arasında 2012-ci il noyabrın 13-də “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” adlı ikiillik layihənin birgə həyata keçirilməsinə dair müqavilə imzalanıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyətindən danışmış, iştirakçıları mərkəzin fəaliyyətə başlaması münasibətilə təbrik edib. Bildirib ki, layihə sahə üçün yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinin gücləndirilməsi və məktəb məzunlarının peşəkarlığının artırılması və rəqabətə davamlılığı yüksəltmək məqsədi daşıyır. Layihə çərçivəsində bu məktəbin idarəetmə sistemi gücləndiriləcək, tədris və təlim planları təkmilləşdiriləcəkdir. Layihə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması, yerli xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və mövcud problemlərin həllinə yardımı da nəzərdə tutur. BMT-nin rezident əlaqələndiricisi, BMTİP rezidentinin nümayəndəsi Antonius Bruk son 60 ildə dünya turizm sektorunun davamlı inkişafından danışıb. Azərbaycanın Avropada sürətlə inkişaf edən yeni turizm məkanlarından birinə çevrildiyini deyən A.Bruk qeyd edib ki, BMT-nin Dünya Turizm Təşkilatının göstəricilərinə əsasən 2012-ci ildə bu ölkədə həyata keçirilən beynəlxalq uçuşların sayı 27 faiz artıb və bu göstəricinin gələcəkdə artacağı gözlənilir. O, Azərbaycan iqtisadiyyatının genişlənməsi, regionların inkişafı üçün turizmin həlledici rol oynadığını və bunun da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmasını alqışladıqlarını söyləyib. Sonra tədbir iştirakçıları təlim mərkəzi ilə tanış olublar. İlk təlimlərdə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər iştirak ediblər. Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllimləri və tələbələri üçün müvafiq təlim kurslarının, eləcə də Bakıda fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərinin nümayəndələri üçün xidmət sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info