Azərbaycan xeyriyyə yarmarkasında təmsil olunub
Tarix: 26.11.2013 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Hanoyda xeyriyyə məqsədilə təşkil olunmuş yarmarkada təmsil olunub.
Xarici İşlər Nazirliyindən “Palitra”ya verilən məlumata görə, Azərbaycanın Vyetnamdakı səfirliyi ölkəmiz üçün ayrılmış stenddə Azərbaycanda istehsal olunan narşərab, mürəbbə, meyvə şirələri, çay, şəkərbura, paxlava, milli suvenirlər, xalçalar, habelə ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər və digər təbliğat materiallarını nümayiş etdirib. Azərbaycan üçün ayrılmış stend yarmarkada ən çox ziyarət olunan stendlərdən biri olub.
Hər il ənənəvi olaraq təşkil olunan xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur. Yarmarkada Türkiyə, Rusiya, ABŞ, Çin, Kanada, Fransa, Böyük Britaniya, Almaniya və s., ümumən 42 ölkə təmsil edilib.
Yarmarkanın keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edib

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info