AMEA yanında İnvestisiyalar Fondu yaradılacaq
Tarix: 26.11.2013 | Saat: 14:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Aparatında elektron sənəd dövriyyəsi sistemi tətbiq ediləcək. “Palitra”nın məlumatına görə, bu barədə jurnalistlərə AMEA prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, elektron rəqəmli imzalardan (ERİ) istifadə üçün zəruri mühit də yaradılacaq. Bu istiqamətdə işlər başa çatmaq üzrədir.
A.Əlizadə qeyd edib ki, Akademiya İKT-nin tətbiqinə xüsusi diqqət ayırır. AMEA prezidenti deyib ki, Akademiyanın Rəyasət Heyəti yanında İnvestisiyalar Fondunun yaradılması planlaşdırılır. AMEA fondun yaradılması ilə əlaqədar ölkə hökumətinə müraciət etməyə hazırlaşır:
"Biz bu fond sayəsində innovasiya problemlərimizi həll edə, eləcə də bu sahədə Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edə bilərik. Habelə İKT sahəsində dekabrın 6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə ümumrespublika konfransının keçirilməsini nəzərdə tuturuq".

Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info