Məhkəmə aparatı işçiləri üçün bağlı təlim
Tarix: 26.11.2013 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal Rayon Məhkəməsinin inzibati binasında “Məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Təlimdə Bakı şəhərinin bütün rayon məhkəmələrindən, habelə Abşeron rayon və Sumqayıt şəhər məhkəmələrinin aparatlarından 25 nəfər iştirak edib.
Təlimdə iştirak edən məhkəmə işçiləri əvvəlcə Yasamal Rayon Məhkəməsinin yeni inzibati binası ilə tanış olublar.
Tədbiri açan Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyası) sədri Ələddin Cəfərov seminarın məhkəmə aparatı işçilərinin fəaliyyətində əhəmiyyətindən danışıb. O, belə tədbirlərin əksəriyyəti gənclərdən ibarət olan məhkəmə aparatı işçilərinin fəaliyyətinə müsbət təsir edəcəyini qeyd edib.
Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov hakim və məhkəmə işçiləri arasında münasibətlərin etik xüsusiyyətləri mövzusuna toxunub. Bu mövzu ilə bağlı beynəlxalq sənədlərdə olan müddəaları da qeyd edən Anar Bağırov xüsusilə 2001-ci ildə BMT-də qəbul edilmiş “Hakimlərin davranışı üzrə Banqalor prinsipləri”ndən danışıb. Anar Bağırov həmin sənədin sədri olduğu birlik tərəfindən Azərbaycan dilinə tərcümə edildiyini diqqətə çatdırıb.
Bu mövzuda AHİM tərəfindən hazırlanan Avropa Vəkillər Kollegiyalarının və Hüquq Birlikləri Şurasının (CCBE) “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya”sının və “Avropa vəkillərinin davranış Kodeksi”nin kommentariyaları, BMT-nin Ədalətli Məhkəmə Hakimiyyətinin Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən hazırlanmış “Məhkəmə aparatı işçiləri üçün davranış prinsipləri” və ölkəmizin müxtəlif dövlət orqanlarının etik davranış qaydalarını ehtiva edən “Etik Davranış Kodekslərinin Toplusu” kitablarının da məhkəmə işçilərinə, vəkillərə və ümumiyyətlə dövlət orqanlarında çalışan işçilərə yararlı olacağı bildirilib.
Sonra təlim Məhkəmə-Hüquq Şurası Aparatının korrupsiyaya qarşı mübarizə sektorunun böyük məsləhətçisi Zahid Məmmədovun mühazirəsi davam edib. Zahid Məmmədov tədbir iştirakçılarına etik davranışla bağlı beynəlxalq sənədlərin və milli qanunvericiliyin məhkəmə aparatı işçilərinin fəaliyyətindəki rolundan danışıb.
Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev isə çıxışında məhkəmə aparatlarının işçiləri tərəfindən vətəndaşların qəbulu və bu zaman nəzərə alınmalı olan etik cəhətlərə diqqət yetirib.
Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info