Yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi yolları araşdırılır
Tarix: 26.11.2013 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Noyabrın 26-da Bakıda “Azərbaycanda yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindən təşkil olunub. Konfransın əsas məqsədi qadınların qərarqəbuletmə prosesində siyasi iştirakının gücləndirilməsidir.Tədbirdə yerli özünüidarəetmə orqanlarında qadınların iştirakının əhəmiyyətindən, eləcə də bu sahədə qazanılan nailiyyətlərdən və perspektivlərdən danışılıb.
Konfransda “Fəal ol” praktik fəaliyyət kitabçasının təqdimatı olub. Kitabçada yerli özünüidarəetmə sistemində təmsil olunan qadınların yaşadıqları icmalarda öz layihələrini həyata keçirmək üçün 15-dən çox müxtəlif fəaliyyət əksini tapıb.
Konfransda dövlət qurumlarının, bələdiyyə üzvlərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info