“Dənizli “Xəzər-Lənkəran”ı avrokuboklara çıxara bilər”
Tarix: 26.11.2013 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Bülənt Korkmaz: “Çox şey transferlərdən və qışdan sonrakı komandanın oyunlarından asılı olacaq”

“Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz Mustafa Dənizlinin “Xəzər-Lənkəran”a təyinatından, komandanın bu vəziyyətdən çıxmaq şanslarından, Azərbaycan çempionatından danışıb:
-Həmyerliniz Mustafa Dənizli Azərbaycanda işləyəcək. Bundan xəbəriniz varmı?
- Mediadan xəbər tutmuşam. Dənizli təcrübəli məşqçidir. Çox böyük biliyə sahibdir. Onun Azərbaycanda işləməsi futbolunuza xeyir verə bilər.
- "Xəzər-Lənkəran"ın indiki durumu o qədər də yaxşı deyil...
- İnternet vasitəsilə Azərbaycan çempionatının bəzi oyunlarının nəticələri ilə maraqlanıram. "Xəzər-Lənkəran" Con Toşakın rəhbərliyi altında uğur qazanmadı. Komanda liderlərdən çox uzaq düşüb. Etiraf etmək lazımdır ki, cənubluları bu vəziyyətdən çıxarmaq üçün bir qədər vaxt lazım olacaq. Mustafa Dənizli ilk öncə işlədiyi yeri tanımalıdır.
-Siz Azərbaycanda işləmisiniz. Mustafa Dənizli burada uğur qazana biləcəkmi?
- Bu insan adi birisi deyil. Onun karyerası hər şeyi deyir. İlk aylar bir qədər çətin ola bilər. Lənkəran azarkeşləri hər zaman komandadan qələbə tələb edir. Amma yeni məşqçiyə vaxt lazımdır. O, yerli mentaliteti, futbolu öyrənməlidir. Azərbaycan Türkiyədən çox fərqlənir. Üstəlik futbolçuları da tanımır. Bir neçə oyundan sonra onda təəssürat yaranacaq.
- Dənizli ulduz türk futbolçuları Lənkərana gətirə bilərmi?
- Bu sual məşqçiyə verilməlidir. Qışda transfer işlərində yəqin ki, heyətdə dəyişiklik olacaq. Məşqçi inandığı və tanıdığı futbolçuları dəvət etməlidir. Əsas ulduz deyil, komandanı gücləndirəcək futbolçuların alınmasıdır. Mustafa Dənizli böyük klublarda uğurla çalışıb. Ona inanmaq olar.
- Cənublular avrokuboklara vəsiqə qazana bilərmi?
- İndidən bu barədə danışmaq düzgün deyil. Mustafa Dənizli nəyi necə edəcəyini gözəl bilir. Onun işi haqda danışmaq düzgün olmaz. Lakin inanıram ki, cənubluları avrokuboklara çıxara bilər. Çox şey transferlərdən və qışdan sonrakı komandanın oyunlarından asılı olacaq. Fikrimcə Mustafa Dənizli ən düzgün seçimdir. Unutmayaq ki, Azərbaycan, Lənkəran onun üçün yenidir. Gərək əvvəlcə işlədiyin yeri tanıyasan, sonra istədiyini reallaşdırasan. Bu mənada səbirli olmaq lazımdır.
-“Bakı” klubu cənublularla müqayisədə turnir cədvəlində irəlidədir. Amma stabil oyun nümayiş etdirmir.
- Mənə doğma olan “Bakı” klubu haqda danışmaq çətindir. Çünki, klubun içərisində deyiləm. Komandanın əla bazası var. Heyət baxımından da heç kimə uduzmurlar. Müəyyən qeyri-stabillik digər komandalarda da var. Unutmayın ki, Azərbaycan futbolu inkişaf edir. Çempionatın səviyyəsi yüksəlir.
- Azərbaycan yığması cari mövsüm 9 xal topladı. Berti Foqtsun postunda qalıb-qalmayacağı hələdə dəqiq deyil. Sizcə 6 ildən sonra onunla yenidən müqavilə imzalanmalıdırmı?
- Bu məsələdə federasiya mövqeyini bildirməlidir. Hər şey hədəflərdən asılıdır. Mən bilmirəm siz məşqçinin qarşısına hansı məqsədi qoymusunuz. Yeni razılaşma da hədəflərdən asılıdır. Baxır sizin federasiya yeni seçmə mərhələdə yığmadan nə gözləyir. Ona görə suala cavab vermək çətindir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info