“Vətəndaş cəmiyyəti inistitutları milli mənafelərin təbliği işinə böyük önəm verir”
Tarix: 26.11.2013 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Elməddin Behbud: “Bu qurumlar cəmiyyətin inkişafına öz önəmli töhfələrini vermək iqtidarındadırlar”

Müsahibimiz Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbuddur.

-QHT-lər və milli maraqların qorunması mövzusunda fikirlərinizi bilmək istərdik.
- Heç şübhəsiz ki, hər bir toplumun və dövlətin özünəməxsus milli maraqları var. Bu maraqların təminatı uyğun dövlət strukturları ilə yanaşı, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin üzərinə də ciddi məsuliyyət qoyur. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra ölkədə təşəkkül tapan vətəndaş cəmiyyəti hərəkatı 1995-ci ildən etibarən daha da inkişaf etməyə və sistemli xarakter almağa başladı. Azərbaycan vətəndaş cəmiyyəti inistitutları bütün zamanlarda ölkənin məqsəd və maraqlarının təmin olunmasında fəal rol almış və milli mənafelərimizin istər ölkə daxilində, istərsə də ölkədən kənarda təbliği işinə böyük önəm verib. Hər bir Azərbaycan vətəndaşı üçün ərazi bütövlüyümüzün bərpasının bir nömrəli məsələ kimi qarşıda durması QHT-lərimizin də milli maraqlarımızın müdafiəsi işində əsas diqqəti məhz bu sahəyə yönəltməsinə səbəb olub. Təsadüfi deyil ki, son illərdə Azərbaycanın QHT-ləri Qarabağ mövzusunda müxtəlif dillərdə onlarla kitab nəşr etdirib, film hazırlayıb və tədbirlər təşkil edib. Bu proses hazırda da uğurla davam etdirilməkdədir. Milli maraqların təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının rolundan danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə vətəndaş cəmiyyətinin hüquqi və maliyyə qaynaqlarının inkişaf etdirilməsi sahəsində atdığı addımların mühüm əhəmiyyət kəsb etidiyni vurğulamaq lazımdır.
-Milli maraqların qorunması nə vaxtdan vətəndaş cəmiyyəti institutları üçün prioritetə çevrldi?
- Hamımıza bəllidir ki, uzun illər yerli və xarici fondlar vətənpərvərliyin, Qarabağ mövzusunun işıqlandırılması üçün heç bir layihəni dəstəkləmir, bunun dövlətin vəzifəsi olduğunu söyləyirdilər. 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti dövründə məhz vətənpərvərlik, ərazi bütövlüyümüz, tarix və mədəniyyət mövzularını proitet istiqamətlərdən biri kimi seçməsi də milli maraqlarımızın təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının imkanlarının genişləndirilməsinə xidmət edir. Əslində vətəndaş cəmiyyəti inistitutlarımız bəzi nüansları və QHT-ləri çıxmaq şərtilə bütün zamanlarda ölkənin məqsəd və maraqlarının təmin olunmasında fəal rol alıb və milli mənafelərimizin istər ölkə daxilində, istərsədə ölkədən kənarda təbliği işinə böyük önəm verib. Hər bir Azərbaycan vətəndaşı üçün ərazi bütövlüyümüzün bərpasının bir nömrəli məsələ kimi qarşıda durması QHT-lərimizin də milli maraqlarımızın müdafiəsi işində əsas diqqəti məhz bu sahəyə yönəltməsinə səbəb olub. Təsadüfi deyil ki, son illərdə Azərbaycanın QHT-ləri Qarabağ mövzusunda müxtəlif dillərdə onlarla kitab nəşr etdirib, film hazırlayıb və tədbirlər təşkil edib. Bu proses hazırda da uğurla davam etdirilməkdədir.
QHT-lərə Dövlət Dəstəyi Şurası bu yöndə fəaliyyətini uğurla davam etdirir. Bu yöndə olduqca effektli layihələr həyata keçirilir. QHT-lərin həyata keçirdikləri, şuranın maliyyə dəstəyi nəticəsində rellaşan bu cür layihələr nəticəsində həm daxildə, həm də xarici ölkələrdə, beynəlxalq aləmdə Azərbaycan həqiqətləri geniş miqyasda, müxtəlif aspektlərdən təbliğ edilir. Azərbaycanın dövlət maraqlarının təminatında vətəndaş cəmiyyəti inititutlarının oynadığı rol ölkəmizin sivil dünyaya inteqrasiya istiqamətində atdığı addımların uğur qazanmasının və QHT-lərin oturuşmuş qurumlar olduğuna əyani sübutdur. Bu gün ölkəmizdə vətəndaş cəmiyyəti institutları artıq oturuşmuş, intensiv təşəbbüslərlə və layihələrlə çıxış edən, dövlətin yaxından dəstəyilə bunları reallaşdıra bilən qurumlara çevrilib. Bu qurumlar cəmiyyətin inkişafına və cəmiyyətdə rast gəlinən problemlərin aradan qaldırılmasına öz önəmli töhfələrini vermək iqtidarındadırlar.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info