Niderland səfiri universitetdə
Tarix: 26.11.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Səfir Beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Tərcümə tədris mərkəzində tələbələrlə görüşüb, onların suallarını cavablandırıb. Rəsmi qəbul zamanı universitetin rektoru, professor Saleh Məhərrəmov universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti və tələbə kontingenti barədə ətraflı məlumat verib.
Naxçıvan Dövlət Universitetində 12 fakültədə 57 ixtisas üzrə 5000-dən artıq tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Bu ali məktəb dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı, bir çox beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Ali təhsil sahəsində əməkdaşlıq və tələbə mobilliyi proqramı olan “Erasmus Mundus”, Mövlana Mübadilə Proqramı çərçivəsində tələbə mobilliyinin artırılması, dünya təcrübəsinin mənimsənilməsi və tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb. Rektor qeyd edib ki, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi istiqamətində qazanılan uğurlar Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına hərtərəfli dövlət qayğısının əməli bəhrəsidir. Tədris işləri üzrə prorektor, dosent Seyid Surə xatırladıb ki, Naxçıvan Dövlət Universiteti Tempus proqramının “Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” layihəsi çərçivəvisində Niderlandın Leyden Universiteti ilə də tərəfdaşlıq edir. Bu tərəfdaşlığın davamı olaraq Leyden Universitetinin əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru D.M. Oude Nijhuis universitetdə olub, tələbələrə müasir dünya iqtisadiyyatı ilə bağlı mühazirə oxuyub. 2014-cü ildə də bu iki universitet arasında tədris sahəsində əməkdaşlığın inkişafı məqsədilə tədbirlər həyata keçiriləcək. Azərbaycanda yeni diplomatik fəaliyyətə başlayan Robert Jan Qabrielse ölkələrarası münasibətlərin möhkəmlənməsində elm, təhsil sahəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Səfir təmsil etdiyi ölkənin böyük kənd təsərrüfatı sektoruna malik olduğunu bildirib, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması istiqamətində universitetlərarası əlaqələrin əhəmiyyətindən danışıb. Görüş zamanı gələcək tərəfdaşlıq məsələləri müzakirə olunub, Niderlandın diplomatik təmsilçisi bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini bildirib.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info