Tələbələr müayinəyə cəlb olunacaq
Tarix: 26.11.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


İİV infeksiyasına qarşı dərmanlar Səhiyyə Nazirliyi tərəfindən tam təmin edilir

“Hilton” otelində “Yeniyetmələr və gənclər üçün İİV ilə bağlı məsləhət və testdən keçmə xidmətlərinin genişləndirilməsi imkanı” mövzusunda regional görüş keçirilib. Görüş BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.
Görüşdə çıxış edən Bakı Baş Səhiyyə İdarəsinin müdiri Elmira Əliyeva ölkədə İİV üzrə xidmətlər, bunun üçün yaradılan laboratoriyalar, İİV ilə mübarizə sahəsində qəbul edilmiş qanunlar, Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verib. Bildirib ki, keçirilən regional görüş təcrübə mübadiləsi baxımından zəruri tədbirdir. O qeyd edib ki, 2015-ci ilə qədər Azərbaycanda İİV infeksiyasına qarşı dərman təminatının Səhiyyə Nazirliyi tərəfindən tam təmin edilməsi nəzərdə tutulub”. UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard tədbirdə BMT-nin Uşaq Fondunun tərəfdaşları olan 6 ölkədən nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırıb. Bildirib ki, görüş müxtəlif ölkələrdə bu sahədə görülmüş işlərin mübadiləsi üzrə regional layihədir.
Mark Herevard bu virusun ötürülmə yolları barədə məlumat verərək qeyd edib ki, tədbir İİV ilə bağlı innovativ yollar axtarmaq, yeniyetmə və gənclərin bu sahədə öz statuslarını öyrənmək baxımından əhəmiyyətlidir. Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova söyləyib ki, beynəlxalq səviyyədə keçirilən 3 günlük görüş İİV ilə bağlı problemlərlə məşğul olan təşkilatlar üçün əhəmiyyətli olacaq. O bildirib ki, Azərbaycan İİV-ə yoluxanların sayının aşağı səviyyədə olduğu ölkələr sırasındadır. Qeyd edilib ki, bu ilin doqquz ayında Azərbaycanda İİV-ə yoluxan insanların sayı 4171 nəfər təşkil edib. Onların 96 faizi Azərbaycan vətəndaşı, qalanları isə əcnəbilərdir. İİV mərhələsində olanların sayı 1248 nəfər, bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 578 nəfər olub. Vurğulanıb ki, xilasedici terapiyaya qoşulanların sayı ildən-ilə artır. Bu ilin doqquz ayının nəticələrinə görə, terapiyaya qoşulanların sayı 1627 nəfər olub. Bunlardan 380 nəfəri bu ilin 9 ayında müalicəyə qoşulub.
E.Alməmmədova bildirib ki, bu virusa yoluxmanın qarşısının alınması yolu vaxtında testdən keçmək. Nəzərə çatdırılıb ki, bu problemin həlli yolunda dövlət, Səhiyyə Nazirliyi, beynəlxalq fondlar tərəfindən bir sıra addımlar atılıb.
Qeyd olunub ki, Azərbaycanda insanların İİV virusuna yoluxmasının qarşısını almaq üçün testləşmənin əlçatanlığını təmin etmək məqsədi ilə şəbəkələr yaradılır. Ölkə ərazisində yaradılacaq 50 könüllü müayinə məntəqələri həmin şəbəkəyə qoşulacaq. Artıq belə məntəqələrin 37-si fəaliyyətdədir. Hazırda ölkədə altı mobil səyyar məntəqə fəaliyyət göstərir. Onlardan 2-si Bakıda, 1-i Sumqayıtda, qalanları isə Şirvan, Lənkəran və Gəncə şəhərlərindədir. Bu məntəqələr həmin virusun yayılması göstəriciləri yüksək olan regionları əhatə edir. Səyyar məntəqələrin fəaliyyəti İİV virusuna yoluxan insanları müayinəyə cəlb etmək məqsədi daşıyır.
Bildirilib ki, Azərbaycan bu il ilk dəfə olaraq Avropa regionunda keçirilən İİV-lə müayinə ilə bağlı Avropa həftəliyinə qoşulub. Bununla bağlı Azərbaycanın bir neçə regionunda, o cümlədən Bakı şəhərindəki ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin belə aksiyada iştirakı nəzərdə tutulub. Qeyd edilib ki, artıq 3 ali məktəbin tələbələri könüllülük prinsipi əsasında bu müayinələrdən keçiblər. Bu həftəliyin şüarı “İİV haqqında danış, söhbət et və testdən keç!”dir”
Avropa İttifaqının nümayəndəsi Federiko Berna İİV-in sərhədinin olmadığını söyləyərək bildirib ki, bu problemə regional səviyyədə diqqət yetirmək lazımdır. O qeyd edib ki, yeniyetmələr və gənclər bu virusa yoluxa biləcək risk qrupuna daxildirlər.
Federiko Berna görüşdə bununla bağlı müzakirələrin aparılacağı və innovativ layihələrin irəli sürüləcəyini deyib və bildirib ki, tədbirin məqsədi bu sahədə məlumatlılığın artırılması və təcrübə, bilik mübadiləsidir. UNİCEF-in Mərkəzi-Şərqi Avropa və MDB ölkələri üzrə regional məsləhətçisi Nina Ferançiç bildirib ki, bu tədbir İİV problemi ilə bağlı təcrübə mübadiləsinə yönəlmiş işçi görüşdür. O qeyd edib ki, bu problemlə bağlı üç istiqamətdə - test keçirmək, müalicə və virusun qarşısının alınması üzrə işlər görülüb. Sonra yeniyetmə və gənclər arasında İİV üzrə testlərin keçirilməsi və məsləhətlərin verilməsi ilə bağlı təqdimatlar olub.
Regional görüş öz işini noyabrın 28-dək sessiyalarla davam etdirəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info