Jurnalistlərin dostu
Tarix: 26.11.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Ölkə mediasının həyatında bu ilin ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi olacaq. Bu mərasimdə bir tərəfdən “Nə üçün “Jurnalistlərin dostu” mükafatı bilavasitə Prezidentə təqdim olundu” sualına cavab verildi, digər tərəfdən də ölkə, region və bütövlükdə dünya ictimaiyyətinə önəmli mesajlar göndərildi.
Hələ bir neçə ay bundan əvvəl əməkdaşlar “Jurnalistlərin dostu” mükafatı ilə bağlı sorğu vərəqələrini mənə təqdim edəndə belə bir sual verdilər: “Sizcə, bu il kim jurnalistlərin dostu olmağa layiqdir?”. Düşünmədən cavab verdim ki, “Jurnalistlərin dostu” olmağa ən layiqli şəxs cənab Prezidentdir. Ona görə ki, yenicə “Palitra”nın iki nəfər evsiz əməkdaşı Prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilən binada mənzillə təmin olunmuşdular. Həmin gün bu iki ailənin sevincini sözlə ifadə etmək mümkün deyildi. Jurnalistlərə mənzillərin ayrılması təşəbbüsü isə birbaşa Prezident İlham Əliyevə məxsus idi.
Amma təkcə jurnalistlərə mənzil verildi, yaxud qəzetlərin maddi-texniki bazasının möhkəmlənməsi üçün yüz min manatlarla vəsait ayrıldı və s. kimi məsələlərə görə Prezidentə bu mükafat verilmədi.
Hər bir jurnalist həm də öz ölkəsinin vətəndaşıdır. Eyni zamanda informasiya mənbələrinə daha çox çıxışı olan şəxsdir. Jurnalist bir vətəndaş kimi dövlətinin güclü, qüdrətli olmasını, inkişaf etməsini, dünya birliyində layiqli yer tutmasını istəyir və həm də bu sahəyə kimlərin daha çox xidmət göstərdiyini daha yaxşı bilir. Jurnalist o şəxsi özünün dostu seçir ki, o, dövlət maraqlarını, milli dəyərləri, Vətənin taleyini hər şeydən üstün tutsun. Bax, cənab Prezident bu kriteriyalara hamıdan çox uyğun gəldiyi üçün “Jurnalistlərin dostu” seçildi.
Sözügedən mükafatın təqdimetmə mərasimində Prezidentin çıxışına diqqət yetirsək müstəqillik, dövlətçilik, müasirlik, inkişaf kimi prinsiplərə xüsusi yer verildiyinin şahidi olarıq. “Məqsədimiz inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulmaqdır”, “Müstəqilliyimizi heç vaxt əldən vermərik”, “Dövlət maraqları hər şeydən üstün tutulmalıdır” kimi tezislər Prezidentin çıxışının ana xəttini təşkil edir.
Prezident Azərbaycana qarşı düşünülmüş, koordinasiya edilmiş, məqsədyönlü qarayaxma kampaniyası aparıldığı bir vaxtda, yerli medianı xarici təsirlərdən azad olmağa çağırdı. Çünki xaricdəki bəzi dairələr ölkəmizə qarşı təzyiq vasitəsi kimi bəzi media orqanlarının fəaliyyətindən istifadə edir. Odur ki, İlham Əliyevin “Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir” mesajı ölkənin ictimai- siyasi mühitində yeni mərhələnin başlanğıcını qoydu.
Bəzən elə rəy formalaşdırmağa çalışırlar ki, guya rəhbərlik ölkədə baş verən neqativ halların ört-basdır edilməsi xəttinə tərəfdardır. Prezidentin isə çıxışı göstərdi ki, bu yanlış düşüncədir. Prezident birmənalı şəkildə bildirdi ki, xoşagəlməz hallar barədə araşdırmalar ümumi işimizə dəstək verir: “Cəmiyyətin yaralarını aşkarlamaq və sağaltmaq üçün biz birlikdə çalışmalıyıq”.
Prezident bir daha sübut etdi ki, istər jurnalist olsun, istərsə də sıravi vətəndaş- hər bir kəsin ümumi maraqlara xidmət edən təşəbbüsü dövlət başçısı tərəfindən dəstəklənəcək. Ahıl jurnalistlərə maddi və mənəvi yardım göstərilməsi, jurnalist ixtisası seçənlərin qabiliyyət imtahanı verməsi kimi məsələlərə Prezidentin müsbət cavabı bu baxımdan media ictimaiyyətinin ürəyincə oldu.
Bütün bunlar Azərbaycanda mətbuatla dövlət arasında səmərəli əməkdaşlığın yaranmasının göstəriciləridir.Əgər dövlətin və bir vətəndaş kimi jurnalistin ümumi məslələrdə həmrəyliyi mövcud olsa, belə dövlətin maraqlarını tapdalamaq da çətin olar.
Namiq Əliyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info