Qazaxıstan sərhədçiləri Xəzərdə Rusiya vətəndaşını güllələyiblər
Tarix: 26.11.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Qazaxıstan sərhədçiləri Xəzər dənizində Rusiya vətəndaşlarına atəş açıblar. “Kazakhstan Today” agentliyinin məlumatına görə, nəticədə bir rusiyalı ölüb, digəri yaralanıb.
Hadisə Qazaxıstanın ərazi sularında baş verib. Hərbi növbətçilik zamanı sərhədçilər helikopterdən sərhəd pozucularını müşahidə ediblər. “Bayda” tipli üzücü vasitələrdə olanlar sərhədçilərin dayanmaq tələblərinə məhəl qoymayaraq, qaçmağa cəhd ediblər. Cavabında hərbçilər üzücü vasitələrinin mühərriklərinə atəş açıblar. Nəticədə hərəsində 4 rusiyalı olan iki “bayda” saxlanılıb. Rusiyalılardan biri aldığı güllə yarasından keçinib, digəri ayağından yaralanıb. Zərərçəkəni “Astana” sərhəd gəmisi götürərək, tibbi yardım göstərib. Digər “bayda”lar təqibdən qurtularaq, Qazaxıstanın ərazi sularını tərk edib. Saxlanılanların yeri bilinmir. Bəlli olub ki, onlardan ikisi Qazaxıstan sərhədini pozduğuna görə əvvəllər də məsuliyyətə cəlb olunaraq, Aktyubinsk vilayətinin ərazisindəki cəzaçəkmə müəssisində cəza çəkib. Xəzər dənizinin Qazaxıstan hissəsində vaxtaşırı nərə növlü balıqları ovlayan brakonyerlər saxlanılır. Onların saxlanılması zamanı sərhədçilər çox vaxt silahdan istifadə edirlər.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info