Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub
Tarix: 26.11.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması, Gürcüstan və Moldova ilə assosiasiya və azad ticarət sazişinin paraflanması gözlənilir
Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında hansı sənədlərin imzalanacağı bəlli olub. APA-nın AB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması planlaşdırılıb.
Əsas müzakirə mövzusu proqram iştirakçısı ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması barədə sazişin imzalanmasında əldə edilən tərəqqi olacaq. Gürcüstan və Moldova ilə assosiasiya və DCFTA sazişinin paraflanması gözlənilir. Ukrayna ilə eyni sazişin imzalanması məsələsi isə hələ masadadır.
Bundan başqa, Gürcüstanın AB-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqda çərçivə sazişinin imzalanması və Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması da nəzərdə tutulub.
Zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə qəbul olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info