“Black Gold LLC” şirkəti Azərbaycanda ekoloji layihələrin investisiya yatıracaq
Tarix: 27.11.2013 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Black Gold LLC” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib.
“Black Gold LLC” şirkətinin direktorlar şurasının üzvü Mohammed Abdulla Ahmed Saleh Al Hammadi səmimi görüşə görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirib. Qonaq təmsil etdiyi şirkətin BƏƏ-də ekoloji yönümdə fəaliyyət göstərən, xüsusilə turşulu qudronların, lay sularının və neftlə çirklənmiş torpaqların təmizlənməsi ilə məşğul olan potensial imkanlı bir müəssisə olduğunu diqqətə çatdırıb. O, fəaliyyəti dövründə şirkətin bu sahədə bir sıra uğurlu layihələr həyata keçirdiyini bildirib. Abdulla Ahmed görüşdə qeyd edib ki, bizdə olan məlumata görə, Azərbaycanda ətraf mühitin mühafizəsi, xüsusilə lay sularının, turşulu qudronun və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində bir çox problemlər mövcuddur. “Ekol Mühəndislik Xidmətləri” QSC isə bu sahədə prioritet ekoloji layihələrin həyata keçirilməsində özünü təsdiq etmiş bir şirkətdir. Bu səbəbdən də şirkət QSC ilə əməkdaşlıq etmək niyyətindədir.
Bildirilib ki, görüşün əsas məqsədi “Black Gold LLC” şirkətinin Azərbaycandakı ekoloji layihələrin icrasına investisiya qoymaq, bu sahədə birgə müəssisə yaratmaq və “Ekol Mühəndislik Xidmətləri” QSC ilə əməkdaşlıq etməkdir.
Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq əlaqələrinin mümkün variantları və digər ekoloji problemlərin həlli sahəsində birgə fəaliyyət istiqamətləri geniş müzakirə edilib. Qərara alınmışdır ki, bundan sonrakı görüşlərdə əməkdaşlıq əlaqələrinin istiqamətləri və digər texniki məsələlər konkret təkliflərlə müzakirəyə çıxarılsın.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info