Qroznıda III Azərbaycan-Rusiya Forumu keçirilir
Tarix: 27.11.2013 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Noyabrın 27-də Rusiya Federasiyasının Çeçenistan Respublikasında “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Azərbaycan-Rusiya Forumu işə başlayıb. Azərbaycanı forumda mədəniyyət və turizm nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə böyük nümayəndə heyəti təmsil edir.
Forumun iştirakçıları əvvəlcə Çeçenistan Respublikasının birinci Prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırov adına xatirə kompleksini ziyarət etmiş, gül dəstələri qoyublar.
Açılış mərasimindən sonra “Rusiya-Azərbaycan gənclərinin əməkdaşlığı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda geniş iclas keçirilib.
İclasda Çeçenistan parlamentinin sədri Dukuvaxa Abdurrahmanov, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini İntiqam Babayev çıxış ediblər.
Forumun iştirakçıları Azərbaycan və Rusiya gənclər təşkilatının qarşılıqlı fəaliyyəti, iki ölkə arasında gənclər siyasəti, gənclər mühitində mədəniyyətlərarası dialoq və digər mövzuları müzakirə edəcəklər.
Forum çərçivəsində dəyirmi masalar keçiriləcək, iştirakçılar Qroznıya ekskursiyaya çıxacaq, iki ölkənin gənc musiqiçilərinin çıxışlarını dinləyəcəklər.
Qeyd edək ki, əvvəlki iki forum Azərbaycanda keçirilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info