İranın birinci vitse-prezidenti ilə Əhməd Davudoğlu arasında görüş
Tarix: 27.11.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında görüş keçirilib. İ.Cahangiri Cenevrə razılaşmasının iki ölkəninin ticarət əlaqələrindəki çatışmazlıqları doldura biləcəyinə inandığını bildirib:
“İran və Türkiyə münasibətləri möhkəmləndirmək və ticarət əlaqələrini genişləndirmək üçün kifayət qədər geniş potensiallara malikdir. İran prezidenti və digər yüksək səviyyəli dövlət rəsmiləri də iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində israrlıdırlar”. Vitse-prezident həmçinin İranla Türkiyə arasındakı ticarət əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini də deyib: “2012-ci ildə iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 22 milyard dollar olub. Təəssüf ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 2013-cü ildə azalıb. Ancaq bununla belə, bu rəqəm 2015-ci ilədək 30 milyard dollara çatdırılmalıdır. İki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün bir çox sahələr mövcuddur. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün tərəflər neft, qaz, sənaye və ticarət sahəsində əlaqələri inkişaf etdirə bilərlər”. Eyni zamanda İ.Cahangiri İpək Yolunu Avropa ilə Asiya arasında mühüm bir rabitə yolu adlandırıb: “İranla Türkiyə malik olduqları strateji mövqeyi nəzərə alaraq bu tarixi yolu yenidən bərpa etməklə nəqliyyat və yüklərin daşınmasının asanlaşdırılması istiqamətində mühüm addım atırlar”. Ə.Davudoğlu isə öz növbəsində İranı nüvə razılaşmasına görə təbrik edib: “Türkiyə həmişə bütün beynəlxalq qurum və təşkilatlarda İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə haqqını müdafiə edib. İranın müvəffəqiyyəti və qələbəsi Türkiyənin uğurudur. İqtisadiyyat sahəsində də İran və Türkiyə bir-birinin tamamlayıcısıdır. İki ölkə əl-ələ verərək mövcud potensiallardan istifadə etməli və yeni bir iqtisadi proqramın hazırlanması yolu ilə regionda gücə çevrilmək yolunda addımlamalıdır”. Nazir həmçinin iki ölkə arasında ticarət, nəqliyyat, yüklərin daşınması, tranzit, enerji və digər sahələrdə əməkdaşlıqların genişləndirilməsini vacib sayıb: “İran və Türkiyə əməkdaşlıq yolu ilə birgə irihəcmli layihələr həyata keçirə bilərlər. Türkiyə iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini qısa müddətdə 30 milyard dollara çatdırmaq niyyətindədir. 2020-ci ilədək isə bu rəqəmi 100 milyard dollara çatdırmağı qarşımıza məqsəd kimi qoymuşuq”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info