“Azərbaycanlılar miqrant kimi özlərini çox yaxşı aparırlar”
Tarix: 27.11.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


“Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələrdən sonra Rusiyadan deportasiya olunan azərbaycanlıların sayı elə də
çox deyil”.

Bunu Rusiya Federal Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Vladimir Volox deyib. Onun sözlərinə görə, Qərbi Biryulevo rayonunda baş verən hadisələrdən sonra saxlanılan Azərbaycan vətəndaşlarının sayı çox olub: “Lakin digər ölkələrdən olan miqrantlarla müqayisədə Azərbaycandan olan miqrantların sənədləri qaydasında olub. Polis və Federal Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlıların əksəriyyəti sərbəst buraxılıb. Konkret rəqəmlər olmasa da, ümumilikdə Rusiyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı digər MDB ölkələri ilə müqayisədə çox azdır”.
Rusiyada yaşayan azərbaycanlıların miqrant kimi özlərini normal apardığını söyləyən V.Volox KİV-də nümayiş olunanların uzağı görməyən adamların əməli olduğunu bildirib: “Azərbaycanlılar miqrant kimi özlərini çox yaxşı aparırlar. Federal Miqrasiya Xidməti yanında İctimai Şura Azərbaycan diaspor təşkilatları ilə daim əlaqədədir. Azərbaycanın diaspor təşkilatları miqrantların Rusiya cəmiyyətinə inteqrasiyasında fəal iştirak edirlər”.
V.Volox hazırda Rusiyada 11 milyon xarici vətəndaşın olduğunu söyləyib: “Bunlardan 700 min nəfəri Rusiyada daimi yaşayanlardır. Qalanlar isə qısa müddətə bura gələnlərdir. Bunların içində tələbələr və ya müvəqqəti iş dalınca gələnlər yer alırlar”.
Rusiyanın miqrantlarla bağlı probleminin əsas səbəbinin idarəçiliklə bağlı olduğunu söyləyən V.Volox bildirib ki, artıq Rusiyanın miqrasiya siyasəti ilə bağlı dövlət konsepsiyası hazırlanıb və prezident Vladimir Putin tərəfindən imzalanıb: “Bu konsepsiya Rusiya dövlətinin miqrasiya strategiyasını müəyyən edəcək. Konsepsiyanın əsas məqsədi dövlətin milli təhlükəsizliyini, demoqrafik vəziyyəti, miqrantlardan istifadə etməklə sosial-iqtisadi inkişafı təmin etməkdən ibarətdir”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info