“Şimali Kiprdə Azərbaycana maraq böyükdür”
Tarix: 27.11.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər







Yakın Doğu Universitetinin tələbəsi Raul Diniyev:
“Keçirdiyimiz tədbirlərdə məqsədimiz Azərbaycanın tarixini, mədəniyyətini təbliğ etməkdir”

Bu gün ölkəmizdə təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Məhz bunun nəticəsidir ki, bu gün azərbaycanlı gənclər xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Hətta ölkədə bu istiqamətdə qəbul edilən Dövlət Proqramı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Hazırda azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrində təhsil almaqla yanaşı, öz fəaliyyəti ilə seçilir, müxtəlif qurumlarda, təşkilatlarda təmsil olunurlar. Son illər Azərbaycan gəncliyinin xaricdə təşkilatlanması istiqamətində mühüm işlər görülüb. Azərbaycanda nəinki ölkə daxilində, onun hüdudlarından kənarda dövlətimizin təəssübünü çəkən, Vətənə xidmət işini öz amalına çevirən gənclər ordusu formalaşıb. Bu gənclər ordusu hazırda intellekti, yüksək vətənpərvərliyi və fəallığı ilə Azərbaycan dövlətinə, millətinə layiqincə xidmət edir, ölkəmizi beynəlxalq aləmdə uğurla tanıdırlar. Müsahibimiz həmin tələbələrdən biri - Şimali Kiprin Near East University (Yakın Doğu Universiteti ) ali təhsil müəssisəsinin tələbəsi Raul Diniyevdir:

- Mən 1990-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində anadan olmuşam. İlk təhsilimi kənd orta məktəbində almışam. Orta məktəbi 2008-ci ildə bitirmişəm. Artıq 2011-ci ildən Şimali Kiprin paytaxtı Lefkoşada ( Nicosia ) yerləşən Near East University-də təhsil alıram. Onu da qeyd edim ki, mənə hamı şair deyə müraciət edir. Orta məktəbi bitirdiyim il, 2008-ci ildə ilk kitabım olan “Bir həzin nəğməyəm mən” işıq üzü gördü. Mənim bu günə qədər beş kitabım çap olunub. Daha sonra 2009-cu ildə “Sonuncu görüş”, 2010-da “İlahi nurunun bir zərrəsiyəm” və “Ömrün baharı” kitablarım çap olunub. 2011-də isə “Göylərə ucalan səs”i oxuduğum Near East University tərəfindən çap olunub.
- Təhsil aldığınız universitetdə tələbələr üçün yaradılan şəraitlə bağlı nə deyərdiniz?
- Bizim universitetimiz dünyada öz sözünü demiş universitetlərdən biridir. Burada yerləşən Yakın Doğu Xəstəxanası Orta Doğunun ən böyük və ən güclü xəstəxanasıdır. Burada tibb sahəsində oxuyan tələbələrin sayı olduqca çoxdur. Londonda yerləşən xərçəng xəstəliyi üzrə araşdırmalar mərkəzində ən çox payı olan xəstəxana Yakın Doğu Xəstəxanasıdır. Bununla yanaşı, bizim universtetimizdə digər fakültələrdə oxuyan tələbələrin də sayı olduqca çoxdur. Dünyanın 50-dən çox ölkəsindən burada tələbələr təhsil alir. Aldıqları təhsildən olduqca məmnundurlar. Near East University-də biz azərbaycanlılara diqqət pis deyil. Mən bütün gördüyüm işlərdə insitutdan yardımlar görmüşəm. Bunun da başında ali təhsil ocağının rektor yardımcısı prof.dr. Fəxrəddin Sadıqoğlu dayanır. Fəxrəddin müəllim bir azərbaycanlı olaraq hər bir azərbaycanlıya dəstək olur.
- Oradakı tələbələri Azərbaycan haqqında necə məlumatlandırırsınız?
- Biz tez-tez gücümüz çatdığı qədər tədbirlər keçiririk. Bu tədbirlərin mahiyyəti Azərbaycanın tarixini, mədəniyyətini, acılı günlərini və gözəl guşələrini bilməyənlərə çatdırmaqdır. Hər kəs bu tədbirlərə və seminarlara maraqla qatılır. Çünki Azərbaycan hər kəsin maraq dairəsindədir. Mən burada öz yaxın dostlarım olan Diasporla İş üzrə Dövlət Komitəsinin üzvü Rəşad Bədirli, Kamran Əliyev, Azərbaycan Təhsil Nazirliyi və ANS telekanalının birgə əməkdaşlığı ilə keçirilən “Ağıl dəryası” verlişinin qaliblərindın biri olan Elbrus Orucov və digərləri ilə əl-ələ verərək Azərbaycanı layiqincə təmsil edirik.
- Xaricdə təhsil alan gənclərimiz üçün diaspor fəaliyyəti nə dərəcədə önəmlidir?
- Diaspor fəaliyyəti dedikdə ölkəmiz üçün çalışmaq istəyiriksə mütləq bir qrumun üzvü olmaq gərək deyil. Bizim gənclər dünyanın istənilən ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər. Bu gün diaspor fəaliyyətimizin daha da güclənməsində, onların aktiv olmasında gənclərin mühüm rolu var. Diaspor Azərbaycanı xarici ölkədə təmsil edir, onun reallıqlarını çatdırır, ölkəmizi təbliğ edir. Başqa xalqların ölkəmizlə bağlı bilmədiklərini onlara daha düzgün çatdırırlar. Biz hər birimiz diaspor olaraq ölkəmizin dünyada tanınmasına, reallıqlarının çatdırılmasına, təbliğinə çalışmalıyıq, ancaq ölkəmizdə təşkil olunan qurultaylar, forumlar bizim bu sahədə fəaliyyətimizə daha da təkan verir. Biz hiss edirik ki, dövlət də bizim fəaliyyətimizi dəstəkləyir və bu da bizi güclü fəaliyyətə sövq edir. Universitetdə oxuduğum müddətdə qurduğum “Türk dünyası ədəbiyyatı” kulubu olaraq 5 fərqli konfrans təşkil edə bilmişəm. Bunlar arasında “20 Yanvar”, “28 May”, “Çanakkala” və “Azərbaycan tarixində qara səhifələr” adlı müxtəlif mövzulara konfranslar təşkil etmişəm. Bu il Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü seçilmişəm. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan Yazıçılar birliyinin idarə heyəti başda olmaqla bütün üzvlərinə öz təşəkkürlərimi bildirirəm. Biz hər zaman Azərbaycanın bütün bayramlarını vaxtında qeyd edirik. Bütün çıxışlarım zamanı öz şeirlərimdə Vətəni tərənnüm edirəm. Bu tədbirlərə qatılan hər kəs çox məmnuniyyətlə ayrılır. Çünki bu şeirlərin daxilində ana Vətənimiz Azərbaycan, ağrılı yerimiz olan Qarabağımız və Azərbaycanın gözəl şəhərləri əks olunur. Keçən il hətta Cənubi Azərbaycan haqqında da böyük konfrans hazırladıq. Tez-tez Azərbaycandan qonaqlarımız, o cümlədən millət vəkilləri və müğənnilər buraya gəlirlər. Çox sağ olsunlar, bizi heç yalnız qoymurlar.
- Yerli əhalinin Azərbaycana qarşı münasibəti necədir ?
- Kipr türkləri olduqca mehriban insanlardır. Onlar biz tələbələrə qarşı olduqca mehriban münasibət bəsləyirlər. Daima yanımızda olduqlarını vurğulayırlar. Onlar dəfələrlə Azərbaycan haqqında müxtəlif suallar verirlər. Hiss olunur ki, Azərbaycana maraqları böyükdür. Bizdə hər il Vətəndən buraya döndüyümüzdə onlara Azərbaycana aid suvenirlər və mətbəximizə mənsub yeməklər gətiririk. Bu onların çox xoşlarına gəlir. Azərbaycana valeh olduqlarını öz sözləriylə bildirirlər.
- Ölkəmizdə gənclərə, o cümlədən xaicdə təhsil imkanlarının yaradılmasını necə qiymətləndirirsiniz?
- Hazırda təhsil sahəsində aparılan islahatların yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracağını deyən ölkə başçısı bildirib ki, bu günə qədər müəyyən işlər görülüb: “Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı var”. Ölkə başçısı bildirib ki, təhsilin keyfiyyəti hüdudları olmayan bir prosesdir: “Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər bu məsələyə daim diqqət yetirməliyik. Çünki artıq dəfələrlə bu ifadə işlədilib ki, təhsil hər bir ölkənin gələcəyini təmin edir”. Ölkə başçısının sərəncamı ilə 2007-2015 -ci il üzrə xaricdə təhsillə bağlı dövlət proqramı xətti tələbələrə məhz bu istiqamətdə şərait yaradır. Ölkəmizdə şərait istənilən şəkildə mövcuddur. Təhsil almaq istəyən hər bir tələbə istənilən yolla təhsil ala bilər. Önəmli deyilki dövlət proqramıyla təhsil alasan. Əsas odur ki, sən təhsil almaq istəyəsən. Təhsil almaq istəyən hər kəs dövlətin yaratdığı şəraitləri araşdıraraq faydalana bilər. Azərbaycanda bir çox təşkilatlar var ki, onlardan da xaricdə təhsillə bağlı geniş məlumatlar almaq olar. Dövlətin yaratdığı bu şəraitdən istifadə etmək lazımdır. Gənclərə məsləhətim odur ki, ən azından iki il xaricdə təhsil alın və aldığınız təhsili öz ölkəmizdə tətbiq edin.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info