Rusiya AB və Avropa Komissiyası sədrlərinin birgə bəyanatını təəccüblə qarşılayıb
Tarix: 27.11.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Avropa Birliyinin sədri Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Ukraynanın AB ilə assosiativ razılaşma və dərin, tam əhatəli azad ticarət zonası haqqında sazişin hazırlanma prosesinin dayandırılmasına dair birgə bəyanatını təəccüblə qarşılayıb.
Bu barədə Rusiya Federasiyası XİN mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, son günlər bir sıra Avropa siyasətçiləri və rəsmiləri tərəfindən səsləndirilən bəyanatlarda Rusiyanın mövqe və hərəkətlərinin qəti surətdə pislənməsi təəssüf doğurur. “Bu kimi bəyanatlar Ukrayna cəmiyyətində “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Avropa Birliyi tərəfindən bu ölkəyə və bir sıra dövlətlərə qarşı aşkar təzyiq nəticəsində yaranmış problemləri, çox güman ki, Rusiyanın üzərinə qoymaq səyləri ilə bağlıdır. Rusiya dəfələrlə, o cümlədən prezident səviyyəsində, bu siyasətin zərərli olduğunu vurğulayıb. İqtisadi birlik seçimi qonşularımızın suveren hüququdur, və biz bu seçimə hörmətlə yanaşacağımızı daim qeyd etmişik” - deyə Rusiya xarici işlər idarəsinin yaydığı açıqlamada deyilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info