Region universitetləri arasında əməkdaşlıq
Tarix: 27.11.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov nümayəndə heyəti ilə birgə Naxçıvan Dövlət Universitetində olub. Səfər çərçivəsində universitetlə yaxından tanışlıq olub, qonaqlara universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti və tələbə kontingenti, beynəlxalq əlalqələri barədə ətraflı məlumat verilib.
Universitet kollektivi ilə keçirilən görüşü Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov açaraq ölkədə ali təhsil strukturunun inkişafı, dünya təhsil sisteminə birgə inteqrasiya baxımından Azərbaycanın regionlarındakı ali təhsil müəssisələri arasında əməkdaşlığın mühüm əhəmiyyətini vurğulayıb.

Rektor bildirib ki, respublikamızda kənd təsərrüfatı kadrları hazırlayan yeganə ali təhsil ocağı - Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq da mütəxəssis hazırlığı baxımından faydalı olacaq. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, Naxçıvan Dövlət Universitetində yaradılan şərait və təhsilin səviyyəsi, uzun illər ərzində burada formalaşmış güclü kadr potensialı haqqında xoş təəssüratlarını bölüşüb. Qeyd olunub ki, 85 illik tarixə malik olan, 1929-cu ildən müstəqil ali məktəb kimi formalaşan Azərbaycan Dövlət Aqrar Universitetində aqronomluq, aqrotexnologiya, zoobaytarlıq və əmtəəşünaslıq, informasiya texnologiyaları, aqromühəndislik və energetika, iqtisadiyyat fakültələrində müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır. 500-ə yaxın professor-müəllim heyətinin çalışdığı, 5000-ə yaxın tələbə kontingentinə, müxtəlif Avropa universitetləri ilə beynəlxalq əməkdaşlığa malik bu ali məktəb Naxçıvan Dövlət Universiteti ilə də əməkdaşlığı inkişaf etdirməyə maraqlıdır. Tədbirin sonunda tələbə mobilliyi, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info