Göyçayda 85 müəllimə “vergi dostu” sertifikatı və kompyuter təqdim olunub
Tarix: 27.11.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda Vergilər Nazirliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində seçilmiş orta məktəblərin 85 müəlliminə “vergi dostu” sertifikatı və kompyuterlər təqdim edilib. Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyəti formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədi daşıyan layihə çərçivəsində keçirilən tədbirdə Göyçay, Ağdaş və Zərdab rayonlarından nümayəndələr iştirak ediblər.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə həyata keçirilən layihələr, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədi ilə qəbul olunmuş “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, nazirlik tərəfindən ərazi vergilər idarələrinin, vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət “vergi dostları” şəbəkəsi yaradılmaqdadır. İndiyədək respublika üzrə 1394 müəllimə müvafiq təlim keçilib və “vergi dostu” sertifikatı təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq edilən elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir. Tədbirdə çıxış edən vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov “vergi dostları”na uğurlar arzulayıb, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, vergi mədəniyyətinin formalaşdırılmasında onların üzərinə düşən öhdəliyin vacibliyi barədə danışıb. Sonda təlimi müvəffəqiyyətlə başa vuran 85 müəllimin hər birinə “vergi dostu” üzvlük sertifikatı, müvafiq yaddaş kitabçası və kompyuter verilib, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalamyıblar. Bununla da respublikada “vergi dostları”nın ümumi sayı 1479 nəfərə çatıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info