“Gələcəyin mühəndisləri” ilə görüş
Tarix: 27.11.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları “Gələcəyin mühəndisləri” layihəsi çərçivəsində Nizami rayonundakı 220 nömrəli məktəb-liseyin şagirdləri ilə görüş keçiriblər.
Tədbirdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxış edərək məktəb-liseyin yuxarı sinif şagirdləri gələcəkdə mühəndislik ixtisaslarına yiyələnəcəkləri təqdirdə çox gənc yaşlarından ARDNŞ-də yüksək sosial təminatla fəaliyyət göstərməyə nail ola biləcəklərini diqqətə çatdırıb.
Məktəb-liseyin direktoru, Əməkdar müəllim Almaz Əsgərova Dövlət Neft Şirkətinin ölkəmizin iqtisadiyyatında əvəzsiz rol oynadığını söyləyib, şirkətin gənclərə və onların təhsilinə, ixtisaslaşmasına geniş yer ayırdığını bildirib. Departamentin əməkdaşları şagirdlərə neft-qaz, geologiya-geofizika, kimya, mexanika, kompyuter, ekologiya mühəndislikləri haqqında ətraflı məlumat vermiş və bu ixtisasların ARDNŞ üçün prioritet olduğunu söyləyiblər. Bildirilib ki, beynəlxalq səviyyədə nüfuza malik ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq, diqqət və məsuliyyət tələb edir. Sonda təhsildə fərqlənən şagirdlərə ARDNŞ-in hədiyyələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info