Azərbaycan və İspaniya birgə işçi qrupu yaradır
Tarix: 27.11.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İspaniyanın sabiq xarici işlər naziri Miqel Anxel Moratinosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanın İKT siyasəti, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələr barədə məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İspaniya ilə iqtisadi münasibətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsində ölkəmizin maraqlı tərəf kimi çıxış etdiyini qeyd edib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyindən danışan E.Vəlizadə peyk sənayesi, RİTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, RİTN-in tabeliyində Yüksək Texnologiyalar Parkı ilə potensial əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace-1»in əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin daxil olduğunu da vurğulayan E.Vəlizadə milli peykin xidmətlərindən İspaniya tərəfinin də istifadə edə biləcəyini qeyd edib. Dekabr 2-5-də Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - «Bakutel-2013» sərgisinin keçiriləcəyinə də toxunan E.Vəlizadə tədbirdə ispan şirkətlərinin iştirakını iki ölkənin telekommunikasiya şirkətləri arasında əlaqələrin qurulmasında yaxşı başlanğıc kimi qiymətləndirib. Son 10 ildə Azərbaycan iqtisadiyyatının artım dinamikasının təqdirəlayiq olduğunu deyən Miqel Anxel Moratinos ölkəsinin Azərbaycanla digər iqtisadi sahələrlə yanaşı, telekommunikasiya sahəsində də əməkdaşlığa maraq göstərdiyini bildirib. Görüşün sonunda ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info