Qorunan bank əmanətinin maksimal limiti artırıla bilər
Tarix: 27.11.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Yaxın illərdə nanotexnologiyalar
sahəsinə investisiyalar yatırılacaq


Yaxın vaxtlarda Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi parlamentin müzakirəsinə çıxarılacaq. Bunu Xəzər Avropa Klubunda iş adamları ilə keçirilən görüşdə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda son bir ildə bir çox iqtisadi qanunlar parlamentin müzakirəsinə çıxarılıb. Millət vəkili deyib ki, onların bəziləri parlamentin komitələrində artıq müzakirə edilib. Z.Səmədzadə əhalinin banklarda əmanətlərin qorunması mövzusuna da toxunub. O bildirib ki, Azərbaycanda bank əmanətlərinin həcmi sürətlə artır: «Qorunan əmanətin maksimal məbləği artıq 30 min manata çatdırılıb və yaxın vaxtlarda bu, 50 min manata çatdırılacaq». Millət vəkili bildirib ki, Azərbaycanda yaradılmış investisiya mühiti çox əlverişlidir. Onun sözlərinə görə, ən iri beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi inkişaf sahəsində, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı əldə edilən uğurları yüksək qiymətləndirir: «Bu gün Azərbaycanda əlverişli investisiya mühitinin olmasını təsdiq edən bir neçə meyar var. Onlardan biri, Azərbaycana investisiya axınıdır». Millət vəkili qeyd edib ki, son 10 il ərzində Azərbaycana 150 mlrd. ABŞ dollarından çox investisiya qoyulub: «Bunun da xeyli hissəsi xarici investisiyalardır. Dünyanın aparıcı şirkətləri Azərbaycanla əlaqə qurmaq istəyir. Artıq bu istiqamətdə bir çox layihələr mövcuddur». Z.Səmədzadə deyib ki, gələn il və sonrakı illərdə xarici investorlar tərəfindən Azərbaycanın informasiya texnologiyaları, emal sənayesi, nanotexnologiyaların inkişafına investisiyalar yatırılacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info