Pirallahı rayonu sürətli inkişaf dövrünü yaşayır
Tarix: 28.11.2013 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Paytaxtın Pirallahı rayonunda abadlıq-quruculuq işləri davam edir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, sürətlə davam edən işlərdən biri də Pirallahı qəsəbəsində yanalma körpüləri kompleksinin tikintisidir. Kompleksin layihələndirilməsinə 2011-ci ilin noyabrında başlanılıb. Tikinti-quraşdırma işlərinə isə 2013-cü ilin aprel ayında start verilmişdir. Bu işlərin 2015-ci ilin mayda başa çatdırılması nəzərdə tutulub.
Kompleksin illik gücü 1 milyon 200 min ton civarında yüklərin qəbul edilib yola salınmasına bərabərdir. Müəssisənin inşası başa çatdırıldıqdan sonra tikilmiş körpülərə eyni vaxtda 50 gəmi yan ala biləcək.
Bundan əlavə Pirallahı qəsəbəsində xeyli sayda qəzalı vəziyyətdə olan binalar mövcuddur. Həmin binalarda yaşayan sakinlərin köçürülməsi və yerləşdirilməsi üçün nəzərdə tutulmuş üç mərtəbəli binalardan ibarət olan iki yeni yaşayış massivinin - “Abad məhəllə-1” və “Abad məhəllə-2”nin salınması üçün bütün lazımi işlər görülür.
Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq üç mərtəbəli binaların birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info