Türk dünyasının gənc iş adamları İstanbulda toplaşıblar
Tarix: 28.11.2013 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Noyabrın 25-dən 30-dək İstanbulda Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Dünya Türk Gəncləri Birliyinin (DTGB) layihəsi olan türk dünyası gənc iş adamlarının birinci toplantısı keçirilir.
DTGB-dən bildiriblər ki, tədbirin rəsmi açılışında Dünya Türk Gəncləri Birliyinin sədri Әkrəm Abdullayev toplantının keçirilməsinə dəstək olan qurumlara təşəkkürünü bildirmiş və DTGB-nin 21 illik fəaliyyətindən və uğurlarından danışıb.
Əkrəm Abdullayev deyib və ki, toplantının əsas məqsədi türk dünyası regionunun 22-28 yaş arasındakı gənc iş adamlarının arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasına və s. kömək etməkdir.
Ölkəmizin nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədrinin müavini Mirhəsən Seyidov Azərbaycan hökumətinin bu gün türk dünyası ölkələri gənclərinin bir araya gəlməsinə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Azərbaycanda mövcud olan imkanlardan danışan nümayəndə heyətinin rəhbəri, çıxışını türk dünyası gənc iş adamlarının ikinci toplantısının ən yaxın vaxtlarda Azərbaycanın işğal olunmuş Şuşa şəhərində keçirilməsi arzusu ilə yekunlaşdırıb.
Toplantının ikinci günündə “Türk dünyasının iqtisadiyyat sahəsində iş birliyinin perspektivləri” mövzusunda seminar keçirilib. Tədbirdə Türk Dünyası İqtisadçılar Birliyinin Azərbaycandan olan həmsədri Pərviz Həsənov və “Texnika Kapital LTD” şirkətinin rəhbəri Cəfər İbrahimov çıxış edərək ölkəmizdə gənc sahibkarlara göstərilən diqqət və qayğıdan danışıblar. Tədbir çərçivəsində Türk Dünyası Gənc Sahibkarlar Birliyinin yaradılması istiqamətində verilən təkliflərə əsasən müzakirələr aparılıb və nəticə ilə bağlı bəyanat qəbul edilib.
Toplantıda, həmçinin Qırğızıstanın gənclər nazirinin müavini Anıpa İmankulova, Türk Şurasının baş katibi Kısmet Güzelov, MÜSİAD Gənclər Platformasının xarici əlaqələr üzrə əlaqələndiricisi Erdem Dereli, Türk Dünyası Jurnalistlər Cəmiyyətinin sədri Menderis Demir, Türkiyə-Hollandiya Ticarət Palatasının sədr müavini İhsan Beşer, Avropa Sənaye İqtisadiyyatı və Ticarət Palatasının Əfqanıstan üzrə təmsilçisi Mustafa Özdemir və başqaları iştirak edirlər.
Noyabrın 30-dək davam edəcək toplantının proqramına gənc sahibkarların fərdi görüşləri, İstanbul turu və türk dünyası etnik-mədəni konsertinin keçirilməsi daxildir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info