“Bütün sahələrdəki inkişafı yüksək qiymətləndiririk”
Tarix: 28.11.2013 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Atalarımızın belə bir gözəl fikri var: Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır, yaxud, dəniz dərindir durulmaz, dostluq əbədidir unudulmaz...
Bəli, dostluq həm gözəl duyğu, həm sadiq yoldaşlıq, həm də mənəvi rahatlıqdır. Və dostluğun sərhədi yoxdur, o istənilən sahələr, ərazilər, ölkələr, cəmiyyətlər, materiklər və qitələr arasında belə, özünü göstərə bilər. Dostluq o zaman həqiqi olur ki, onun qorunmasını da, möhkəmlənməsini də, yaşaması və inkişafını da etibarlı əllər təmin etsin, etməyi bacarsın.
Xalqımızın xoşbəxt gələcəyinin təminatçısı, müasir Azərbaycan dövlətinin banisi böyük Heydər Əliyev bütün siyasi fəaliyyətində elə xalqımıza və dövlətimizə də dostcasına yanaşmışdır. Bütün mərhələlərdə, çətinliklərdə, ağrılı-acılı günlərdə xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər məhz rəhbərin, başçının və prezidentin dostluğunu təsdiq etmiş oldu.
Hər sahədə olduğu kimi dostluq ənənəsini də davam etdirən cənab İlham Əliyev sadə vətəndaşdan tutumuş jurnalistlərə qədər hər kəsin dostu olduğunu fəaliyyəti ilə sübut etdi. Ölkə jurnalistləri onu ikinci dəfə yenə özlərinə dost seçdilər. 24 noyabrda cənab Prezidentə bu dostluğun rəmzi olan mükafat təqdim olundu. Xalqımız qədirbilən olduğu kimi, onun içərisindən çıxan böyük jurnalistlər ordusu da öz rəğbətini bu addımla bir daha bildirmiş oldu.
Jurnalist əməyi, fəaliyyəti həqiqətən də zəhmət tələb edən peşədir. Ən son, dəqiq, qərəzsiz, ədalətli, şəffaf məlumatların oxucuya, izləyiciyə, ümumiyyətlə, vətəndaşlara çatdırılması olduqca çətin, ancaq bununla da yanaşı çox şərəfli işdir. Digər tərəfdən ölkəmizdəki ictima-siyasi, sosial-iqtisadi sahələr də daxil olmaqla, bütün sahələrdə baş verən inkişafla zəngin yeniliklərin dünya ictimaiyyətinə yerindəcə çatdırılması məhz jurnalist əməyinin, zəhmətinin nəticəsidir.
Bu baxımdan da ölkə başçımız İlham Əliyev jurnalistlərə hər zaman yaxın bir rəhbər olub. Onların əməyinin stimullaşdırılması istiqamətində çox mühüm addımlar atıb. Elə, bir faktı qeyd edək ki, 2010-cu il iyulun 22-də jurnalistlərin yaşayış, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən sərəncam imzalandı. Bununla da ölkəmizdə jurnalistlərin mənzillərlə təminatı istiqamətində zəruri tədbirlər həyata keçirildi. Belə ki, bu ilin 22 iyun tarixində Milli Mətbuat Günü münasibətilə 156 mənzil öz sahiblərinin istifadəsinə verildi. Cənab Prezidentin müvafiq sərəncamı ilə növbəti dəfə də jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutulmaqla, ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, tikiləcək mənzillər isə 2015-ci il 22 iyun tarixində yenə də Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təqdim olunacaq.
Bunlardan da görünür ki, dövlətimiz də, onun başçısı da jurnalist əməyinə hörmətlə yanaşır və onların həqiqi dostudur. Elə bu və ya digər qayğı və diqqətləri yüksək qiymətləndirən, dəyərləndirən “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi bu ilin sentyabrında sorğu təşkil edərək ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəylərini öyrənmişdi. Sorğunun nəticələrinə əsasən isə 89 faiz səslə ikinci dəfə də cənab Prezident jurnalistlərin dostu seçilib.
Amma bu bir həqiqətdir ki, təkcə jurnalistlər üçün deyil, eyni zamanda da ölkəmizin hərətərfli inkişafı üçün müstəsna xidmətləri olan cənab Prezident sözün həqiqi mənasında ölkəmizin inkişafı üçün çalışan hər bir məslək sahibibnin dostudur. Bütün sahələrdə sistemli, dayanıqlı, davamlı inkişaf, yüksəliş təmin edilib. Bu bir həqiqətdir ki, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə bu inkişafı görür və yüksək qiymətləndiririk. Hüquqi-iqtisadi vasitə və mexanizmlərdən istifadə etməklə adıçəkilən istiqamətlərdə çalışan insanların sosial vəziyyətləri də daxil olmaqla, onların əmək şəraitinin yaxşılaşdırılması qeyd etdiklərimizə əyani sübut ola bilər. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, cənab İlham Əliyev tükənməz qayğı və diqqəti ilə jurnalistlər də daxil olmaqla, həm də alimlərin, müəllimlərin, həkimlərin, sadə vətəndaşların, bir sözlə, ölkəmizdə yaşayan və fəaliyyət göstərən, bununla da ölkəmizin hərətərfli inkişafının təmin olunmasında, qüdrətinin daha da artmasında əməyi, zəhməti olan hər kəsin dostudur.
Cavadxan Qasımov
AMEA Naxçıvan Bölməsi
İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info