“Azərbaycanın dünəni, bu günü və sabahı – gənclərin baxışı” mövzusunda tədbir keçirilib
Tarix: 28.11.2013 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Gənclər Mərkəzində “Azərbaycanın dünəni, bu günü və sabahı – qənclərin baxışı” mövzusunda tədbir keçirilib.
Ukraynanın bir sıra universitetlərində təhsil alan azərbaycanlı və ukraynalı gənclərin qatıldığı tədbir öz işinə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar mərkəzi tərəfindən hazırlanmış, Azərbaycanın son illərdə əldə etdiyi uğurları və iqtisadi inkişafı özündə əks etdirən videoçarxın nümayişi ilə başlaıb.
Hazırda dünyanın harasında yaşamasından və təhsil almasından asılı olmayaraq hər bir azərbaycanlı gənc xalqımızın qədim tarixini dərindən öyrənməklə ölkəmizin parlaq gələcəyinin təmin edilməsinə öz töhfəsini verməlidir. Tədbirdə çıxışına bu fikirlə giriş verən AUGB-in icraçı katibi Elməddin Zərbəlizadə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən danışıb. Beynəlxalq arenada müstəqil Azərbaycan dövlətinin imicinin qorunub saxlanılmasında gənclərin üzərinə düşən tarixi missiyadan söz açan E.Zərbəlizadə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, milli mənəvi dəyərlərimizin təbliğ olunmasında qarşıda duran mühüm vəzifələrdən bəhs edib.
Tədbirdə UAGB hüquq departamentinin sədr müavini Xəzri Elxanoğlu, qurumun fəalları Sevinc Yaqubova, Ümid Həsənov, Aysel Nağıyeva, Səfəralı Babayev, Əzizə Tərlanova, Emin Mustafazadə, Tural Gözəlov, Kəmalə Əlizadə və başqaları çıxış edərək Azərbaycan ilə Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparıblar .




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info