ETSN yanında İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib
Tarix: 28.11.2013 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və səmərəliliyin təmin olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Naziri (ETSN) yanında İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ekoloji rəy almaq üçün ETSN-yə təqdim olunmuş “Böyük Bakının Regional İnkişaf Planı” müzakirəyə çıxarılıb.
İclasda əvvəlcə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müzakirəyə çıxarılan məsələ barədə şura üzvlərinə ümumi məlumat verib. Sonra ETSN-in Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edərək “Böyük Bakının Regional İnkişaf Planı”nın məqsədini diqqətə çatdırmış və nazirlik tərəfindən veriləcək ekoloji rəyin layihəsi barədə şura üzvlərini məlumatlandırıb. Eyni zamanda, ətraf mühitin komponentlərinə potensial təsirlərin mənbəyi və bu təsirlərin yumşaldılması haqqında da ətraflı məlumat verilib.
Sonra məsələnin müzakirəsinə başlanılmışdır. Şura üzvləri müzakirəyə çıxarılan məsələ ilə əlaqədar çıxış edərək rəy və təkliflərini bildiriblər.
Yekunda şura üzvlərinin çıxışlarında səsləndirilən rəy və təkliflərin ümumiləşdirilərək qısa vaxtda ETSN-yə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin “Azərsu” ASC tərəfindən ekoloji rəyin verilməsi üçün ETSN-yə təqdim olunmuş “Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sisteminin “Master Planı”na veriləcək ekoloji rəyin layihəsi də tanış olmaları üçün şura üzvlərinə təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info