“İtalyanları Azərbaycanın dostu edə bilmişik”
Tarix: 28.11.2013 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Mais Nuriyev: “Ermənilərin törətdiyi Xocalı
soyqırımını Milanda tamaşa şəklində yerli ictimaiyyətə çatdırdıq”


Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Bu gün diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xaricdəki diaspor təşkilatlarımız da fəaliyyətini getdikcə gücləndirirlər. Müsahibimiz İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyevdir:

- Bizim cəmiyyət 2004-cü ildən fəaliyyət göstərir. Bizim bütün ailə üzləri - həyat yoldaşım Nuriyeva Nəzakət, iki oğlum Mahir və Fərid də daxil olmaqla diaspor fəaliyyəti ilə məşğuluq. Mən hələ Assosiasiya açılmamışdan əvvəl dərs dediyim Akademiyanı Milanda dünya xalqlarının nümayişinə dəvət etdilər. Bu, Milanın mərkəzi küçələrində keçirilirdi. Hər cəmiyyət öz bayrağı altında milli geyimdə idi, onlar öz kulinariyasını da təqdim edirdi. Ancaq Azərbaycan təmsil olunmurdu. Əlbəttə, bunu biz etməli idik. Erməniləri görəndə mən lap pis oldum. Mənə çox pis təsir etdi və dedim ki, biz də burada, birlikdə olmalıyıq. Öz səsimizi ucalda bilməliyik. Xalqımızın əleyhinə böhtanlara qarşı çıxmalıyıq. Fəaliyyətimizdə belə işlər çox olub. Bunu reklam etməyə ehtiyac bilməmişik. Ermənilərlə davamız da olub. Onların beynəlxalq sərgidə Qarabağı özlərini turizm məkanı kimi təqdim etdikləri pavilyonu dayandırmaq və s. göstərmək olar. Ermənilər mərkəzi televiziyada 1 saatlıq proqram hazırlamışdılar. Biz buna da layiqli cavab verdik. Belə faktları saymaqla qurtarmaz. Mən həm təşkilatçı, həm də sənətlə məşğulam. Milan Cüzeppe Verdi adına Konservatoriyada improvizasiya şöbəsində xoreoqraf , Milan və başqa şəhərlərdəki akademiyalarda dosent kimi çalışıram, həmçinin beynəlxalq dərəcəm var. Bunun üçün İtaliya ilə yanaşı, Qazaxıstan, Ukrayna, Rusiya kimi ölkələrdə keçirilən beynəlxalq müsabiqələrə münsif kimi dəvət olunmuşam. Bir məsələyə də diqqət çəkmək istərdim ki, buraya gələn qruplara diqqət yetirmək lazımdır. Burada istedadsız adamların çıxışları pis nəticə verir. Azərbaycanın uduzmağını, ermənilərin qızıl medal almasını istəmirəm. İdmanda olduğu kimi qalib olmaq üçün gərək bütün mərhələlərdə layiqlə udasan. Sonra beynəlxalq yarışda Azərbaycan adından çıxış edəsən. Mən Rusiyada xoreoqrafiya məktəblərində xarakter dərsindən master-klass üçün dərs deməyə dəvət olunmuşam. Milanda ermənilərin törətdiyi Xocalı soyqırımını tamaşa şəklində təqdim etmişik. Tanınmış sənət adamları, xor, musiqiçilər daxil olmaqla iki min nəfərlik mərkəzi teatr zalında tamaşa təşkil etmişəm. İş orasındadır ki, xorda erməni tələbələri də olurdu. Onlar da Xocalı soyqırımı ilə bağlı oxuyurdular. Biz getdikcə daha da fəallaşırıq. Sənətimdə irəlilədikcə Azərbaycanı tərənnüm, təbliğ etmək imkanlarımız daha da artır. Mən dostlarımla, həmfikirlərimlə bərabər Milanda milli mədəniyyət təşkilatı şurası yaratmışam. Mədəniyyətin bütün sahələri üzrə tanınmış sənət adamlarını buraya cəlb edib gənclər arasında müsabiqə keçiririk. Burada forum keçirəcəyik. Burada çoxlu italyan dostlarım var. Əhatə dairəmiz genişdir. Müxtəlif vəzifələrdə çalışan italyanları Azərbaycanın dostu edə bilmişik.
- Ötən müddət ərzində hansı tədbirlər həyata keçirmisiniz?
- Bu yaxınlarda dostum, şair, bəstəkar, konservatoriyanın, professoru, Vladimir Delman adına xorun bədii rəhbəri Davide Gualtierinin bir kitabı çapdan çıxıb. Onun çoxlu şeir kitabları işıq üzü görüb. Biz Azərbaycanın müasir şairlərinin şeirlərini italyan dilinə tərcümə etdik. Burada mövzu vətənpərvərlik, Qarabağ və Xocalı ilə bağlı idi. Artıq bu kitab çap olunub. Fevral ayında Milan bələdiyyəsi Hökumət evində kitabın təqdimatını edəcək. Bakıdan da qonaqlar olacaq. Bunun üçün bizə dəstək olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovla yanaşı, bütün azərbaycanlı dostlarıma minnətdarlığımızı bildiririk. Bizim kitaba ön sözü Canpiero Bellinceri yazıb. O, dünyada tanınmış şairdir. Azərbaycan haqqında fikirlərini yazıb.
- Oradakı digər Azərbaycan diaspor təşkilatları ilə əlaqələriniz necə qurulub?
- Burada gənc tələbələr təşkilatı var. Orada mənim oğlanlarım da fəal iştirak edir. Həm də biz bir-birimizə kömək edirik. Məsələn, bu yaxınlarda Milan Kukla teatrının ifasında “Cik-cik xanım” tamaşasını bizim istəyimiz nəticəsində şəxsən buradakı səfirimiz Vaqif Sadıxovun köməyi ilə və Milan bələdiyyəsinin ayırdığı yerdə təşkil etdik. Bu böyük dövlət tədbiri şərçivəsində təşkil olundu. Biz rəssamların sərgisini də təşkil etdik. Orada mətnin tərcüməsinə vaxtımız az olduğundan kömək üçün Azərbaycan gəclər təşkilatı kömək etdi. Fikrimcə, nə qədər çox təşkilat olsa bir o qədər qüvvəmiz çox olar. İdeyalarımız bir olmalıdır. Hərdən başqa şəhərlərdə azərbaycanlılarla görüşlər təşkil edirik, məsələn Florensiyada, Turində. Bəzi hallarda bu şəhərlərdə keçirdiyim tədbirlərdə onlar da mənə dayaq olurlar. Hər bir azərbaycanlı diaspordur.
- Digər xarici diaspor təşkiları ilə münasibətləriniz necədir?
- Hazırda Milanda türk diaspor təşkilatlarının rəhbərləri ilə əlaqəm var. Gürcü diaspor təşkilatının rəhbəri də mənim keçirdiyim tədbirə gəlib, bizimlə əməkdaşlıq etmək istəyirlər. Başqa təşkilatlarla da yaxınlığım var. Bu da çox lazımlı məsələdir. Çünki bir-birimizin tədbirlərində iştirak etsək, bu, bizim dost olmağımıza yardım edər. Bu da Azərbaycanın dostlarının artması deməkdir. Bu istiqamətdə artıq müəyyən irəliləyişimiz var.
- Orada yaşayan soydaşlarımızla əlaqələriniz, onların problemlərinin həlli istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Əlbəttə, dostlarımızla görüşürük. Birlikdə gəzintilərdə oluruq. Kimə nə lazımdırsa, kömək əlini uzatmağa çalışırıq. Ümumiyyətlə, insan başqları ilə ünsiyyətdə olanda, birinə kömək edəndə əlaqələr daha yaxşı inkişaf edir.
- Azərbaycanla əlaqələriniz, Diasporla İş üzrə Dövlət Komitəsi ilə münasibətləriniz necədir?
- Bakıda keçirilən tədbirlərə məni də İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri kimi diaspor komitəmiz dəvət edir. Bunun üçün mən komitə sədri Nazim İbrahimova minnətdarlıq edirəm. Bunun da böyük köməyi var. Çünki biz işlərimiz haqqında müzakirələr edirik, yeni proqramlar tuturuq. Bir-birimizin fəaliyyəti ilə yaxından tanış oluruq. Həm də sevinirik ki, bizə diqqət yetirilir, gördüyümüz işlərə qiymət verilir. Bizim üçün bu, ən vacib məsələdir. Ancaq mən istərdim ki, imkan daxilində bizə də hansısa maliyyə ayrılsın. Çünki keçirdiyimiz tədbirləri öz büdcəmiz hesabına edirik. Milan təkcə İtaliyanın deyil, dünyanın öndə gedən şəhərləri sırasındadır. Siyasət, iqtisadiyyat, mədəniyyət məkəzlərindəndir. Bura dünyanın mədəniyyət beşiyidir. Burada bütün xalqların icmaları, konsulluqlar, diplomatlar var, daim dünya əhəmiyyətli tədbirlər keçirilir. 2015-ci ildə “Milan Expo” kimi dünyanın birinci şəhəri elan edilib. Burada keçirilən tədbirlər o dəqiqə resonans doğurur. Proqramımızda nəzərdə tutduğumuz tədbirlərin çoxunu maliyyə problemləri ilə əlaqədar keçirə bilmirik. İtaliya dövləti bizə pulsuz yer ayırır, reklam edir. Ancaq bu tədbirlərin siyasi baxımdan xalqımıza və dövlətimizə əhəmiyyəti olduqca böyükdür. Bizə dəstək olsa, keyfiyyətli tədbirlərimizin sayı artar. Bizim cəmiyyətin üzvlərinin sayı çoxdur. Öz həmyerlilərimizdən başqa, dövlət və iş adamları da təmsil olunurlar. Bizə mənəvi dayaq olurlar. Onlar hamısı Azərbaycanı sevirlər. Bəzi italyanlar hətta azərbaycanlı kimi Qarabağ üçün ürəkdən çalışırlar. Bu bizi sevindirir. Tədbirlərimizdə biz bunu görürük.
- Oradakı azərbaycanlıların yaşayış tərzi necədir, əsasən hansı sahələrdə fəaliyyət göstərirlər?
- Burada azərbaycanlılar çoxdur. Onları bir yerə yığmaq həmişə mümükün olmur. Elə biz özümüz də səfirliyin dəvəti ilə Romaya çağırılsaq da hər zaman gedə bilmirik. Bir azərbaycanlı ailəsi restoran açmışdı və bizi açılışa dəvət etmişdi, biz də iştirak etdik. Orada milli mətbəximizi də təqdim edirlər. Bu, bələdiyyə tədbirlərində də olur. Azərbaycan milli kulinariyası hamının xoşuna gəlir. Florensiyada tez-tez oluram. Orada dostum var, o da restoran sahibidir. Azərbaycanlılara yardım edir. Başqa şəhərlərdə yaşayan azərbaycanlılar olub ki, onlara işlə bağlı kömək etmişik. Bundan başqa tələbələrlə də dostluq edirik. Azərbaycanlılar arasında həkim də, neft şirkətində işləyənlər də var. Kommersiya, biznes fəaliyyəti ilə məşğul olanlar da var.
- Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bununla bağlı tədbir keçirməyi nəzərdə tutursunuzmu?
- Bəli, qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirməyi nəzərdə tutmuşuq. Qarşıda keçiriləsi böyük planlarımız var. Qabaqcadan danışmaq tezdir. Keçirdikdən sonra məlumat verəcəyik. Müsahibə üçün “Palitra” qəzetinə də minnətdaram. Fəaliyyətində uğurlar arzu edirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info