“Dünya ictimaiyyəti məcburi köçkünlərin evlərinə qayıtması üçün səylərini artırmalıdır”
Tarix: 28.11.2013 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


“Azərbaycana səfərlərim zamanı həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşlərim olub və onların fəaliyyəti məndə xoş təəssürat yaradıb. Həmçinin, BP şirkətinin müxtəlif layihələrində çalışan həm britaniyalı mütəxəssislər, həm də azərbaycanlı fəhlələrlə görüşmüşəm.
Lakin mənim üçün ən çətin və təsirli olan Ermənistanla müharibə nəticəsində doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə etdiyim səfərlər olub. Azərbaycan hökumətinin inşa etdiyi yeni evlərdə məcburi köçkünlərlə görüşmüşəm. Buna rəğmən, dünya ictimaiyyətinin həmin insanların evlərinə qayıtması üçün daha çox iş görməsi vacib məsələlərdən biridir”. Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, bunu Böyük Britaniya Parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stefan Hepbörn deyib. O, hər səfərində Azərbaycanda baş vermiş dəyişikliklərə heyran qaldığını qeyd edib: “BMT-nin müvafiq hesabatlarına əsasən, Azərbaycanda yoxsuluq həddindən aşağıda yaşayan azərbaycanlıların sayı 2000-ci ildə 49 faizdən 2012-ci ildə 6 faizə düşüb. Hər səfərim zamanı aydın şəkildə görürəm ki, bu inkişaf davam etməkdədir. Bakıda ən çox yadımda qalan o oldu ki, 1966-cı ildə Futbol üzrə Dünya Çempionatında İngiltərəyə qol bağışlayan yan hakim bildirildiyi kimi rus deyil, əslində azərbaycanlı Tofiq Bəhramov olub. Biz hər zaman onun həmin gün verdiyi qərara görə minnətdarıq”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info