Dərnəgül yolunda təmir işləri gələn il başa çatacaq
Tarix: 28.11.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin Ziya Bünyadov prospektində (Dərnəgül şosesi) avtomobil yolunun yenidən qurulması ilə bağlı aparılan işlər çərçivəsində yolun eni 50-60 metr arasında dəyişdiriləcək, həmçinin yol üzərində 4 yerüstü piyada keçidi inşa olunur.
«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Z.Bünyadov prospekti,3023-cü məhəllə ünvanında inşa olunan yerüstü piyada keçidinin dayaqları artıq tikilib, aşırım qurğusu montaj olunub. Həmçinin, keçidin pilləkənləri quraşdırılır və hazırda üzləmə işləri aparılır: “Bundan başqa, yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti,118 ünvanında və Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində yerləşən piyada keçidlərinin dayaq bünövrələri qoyulub. Hazırda dayaqları tikilir. Dördüncü - Aşqarlar Universiteti yaxınlığında yerləşəcək piyada keçidinin isə tikintisinin başlanmasına hazırlıq gedir”. «Azəryolservis» rəsmisi bildirib ki, Z.Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar və «Qələbə» kinoteatrı dairələrdən Böyük Şor yol qovşağına və əks istiqamətdə nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Z.Bünyadov prospektində yenidənqurma işləri 2014-cü ildə yekunlaşacaq.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info