“Milli cizgi filmlərinin çəkilməsi üçün yetərli kadr yoxdur”
Tarix: 28.11.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Nuşirəvan Məhərrəmli: “Teleseriallarda göstərilən pis vərdişlərlə bağlı telekanallara məktub göndərilib”

“Azərbaycanda milli cizgi filmlərinin çəkilməsi üçün yetərli kadr yoxdur”. Bu barədə “Trend”ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, cizgi filmləri ilə məşğul olan insanlar ölkə rəhbərliyinə müraciət ediblər: "Ölkədə ilk növbədə kadr hazırlamaq lazımdır.
Heç olmasa bir il ərzində 15-20 animator hazırlasaq, bu bizim üçün yetərli olar. Birinci ildə kadr hazırlamaq lazımdır, ikinci ildə isə artıq milli cizgi filmlərinin hazırlanmasına başlaya bilərik". O bildirib ki, milli cizgi filmlərinin çəkilişi üçün vəsaitə ehtiyac var: "Mən bu vəsaitin MTRŞ-yə ayrılmasını istəmirəm. Bu vəsait müvafiq qurumlara ayrılsın və əsas odur ki, cizgi filmləri çəkilsin, Azərbaycan telekanallarında göstərilsin. Bu sahədə boşluq var. Uşaqlarımız milli cizgi filmləri əsasında tərbiyə olunmurlar. Zamanla bu məsələ də öz həllini tapacaq". N.Məhərrəmli əcnəbi cizgi filmlərinin tərcüməsində yol verilən nöqsanlara, uşaqlara uyğun olmayan sözlərin tərcüməsi məsələsinə də toxunub: "Çox təəssüf ki, bu fakt var. Bizim televiziya kanallarında bu da peşəkarlıqla bağlı olan məsələdir. Həmin şəxslər başa düşməlidirlər ki, cizgi filmlərini tərcümə edirlər". MTRŞ sədri qeyd edib ki, xarici ölkələrdə cizgi filmlərini təkcə uşaqlar üçün deyil, eyni zamanda, böyüklər üçün də çəkirlər: "Bəzən böyüklər üçün nəzərdə tutulan həmin cizgi filmlərini Azərbaycanda göstərirlər. Bu doğru deyil. Tərcümədə yetərincə peşəkarlıq olmayanda belə problemlər ortaya çıxır. Ümid edirik ki, xarici filmlərin yerini yerli cizgi filmləri tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ildə 1-2 cizgi filmi çəkilir. Yəni, son 6-7 ildə 14-15 cizgi filmi çəkilib, ancaq çox təəssüflər olsun ki, həmin cizgi filmləri ekranlarda görünmür. Çox istərdim ki, onlar da göstərilsin və büdcə hesabına çəkildiyi üçün ödənişsiz olaraq telekanallara verilsin və yayımlansın". Nuşirəvan Məhərrəmli deyib ki, Azərbaycan teleseriallarında nümayiş olunan pis vərdişlərin aradan qaldırılması ilə bağlı telekanallara məktub göndərilib: "Bizim teleseriallarımızda bu cür hərəkətlər var. Biz bu məsələ ilə bağlı telekanallara müraciət etmişik. Bununla bağlı hətta Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi də bizə müraciət etmişdi. Yəni, maşında olarkən edilən hərəkətlər mövcud qayda-qanunlara uyğun olmalıdır. Misal üçün, işıqforun qırmızı işığında yolu keçmək olmaz, maşına oturarkən ilk növbədə kəməri bağlamaq lazımdır". N.Məhərrəmli əlavə edib ki, siqaret çəkməyin də teleseriallarda göstərilməsi yaxşı hal deyil: "Yenə deyirəm, bunlarla bağlı biz telekanallara məktubla müraciət etdik ki, onlar hansı prodakşnla çalışırlarsa, bizim bu barədə tövsiyələrimizi onlara çatdırsınlar. Yəni, biz insanlarda yaxşı vərdişlər yaratmalıyıq, pis vərdişlər formalaşdırmalı deyilik". MTRŞ sədri, həmçinin xarici teleseriallarda müəyyən böyük binaların, marketlərin, tibb ocaqlarının loqolarının mozaikalarla bağlanması məsələsinə də toxunub: "O da zamanla öz həllini tapcaq. Teleseriallar sahəsi bizdə hələ ki çox təcrübə toplamış sahə deyil. Bilirsiniz ki, son üç ildə bu sahədə xüsusi canlanma başladı və ondan sonra bu sahə inkişaf etməyə başladı. Hesab edirəm ki, bir neçə ildən sonra bu sahə lazımi standartlara gəlib çatacaq. Biz də daim öz tövsiyələrimizi verəcəyik".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info