Azərbaycan və Almaniya maliyyə sazişi imzalayıb
Tarix: 28.11.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Azərbaycan və Almaniya hökumətləri arasında «2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə maliyyə əməkdaşlığı haqqında saziş» imzalanıb. Bu barədə Maliyyə Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir. Maliyyə naziri Samir Şərifov və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempelin imzaladığı sazişə əsasən, Almaniya hökuməti “KfW” bankı vasitəsi ilə Azərbaycana 370 mln. avroya qədər güzəştli kredit verəcək.
Hökumətlərarası sazişə görə, bu vəsaitdən 220 mln. avro «Kommunal infrastruktur proqramı» və bununla da Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı proqram üçün nəzərdə tutulub. Eyni zamanda, «Bərpa edilən enerji və enerji səmərəliliyi üzrə açıq proqram» layihəsi üçün 130 mln. avro, «Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı» üçün isə 20 mln. avro ayrılacaq. Sözügedən saziş “KfW” bankına Azərbaycan Maliyyə Nazirliyi ilə müvafiq ssuda və maliyyələşdirmə müqavilələrini bağlayaraq, xüsusilə Gəncə və Şəki şəhərlərində su təchizatı layihəsinin növbəti mərhələyə keçməsinə imkan yaradır. İmzalanma mərasimində qeyd olunub ki, Azərbaycan və Almaniya 1993-cü ildən etibarən maliyyə əməkdaşlığı sahəsində uğurlu və qarşılıqlı etimad ruhunda əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Almaniya hökuməti birgə layihələri, o cümlədən Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının və çirkab suların axıdılmasının yaxşılaşdırılması, tullantıların ekoloji baxımdan təmiz idarə olunması və Gəncədə vahid kadastr sisteminin təkmilləşdirilməsi layihəsini dəstəkləyir. Bundan başqa, tərəflər bərpa edilən enerji və ətraf mühitin mühafizəsi, habelə maliyyə sahələrində birgə əməkdaşlıq edir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info