Şimon Peres Fələstinlə sülh danışıqlarının uğurlu olacağına əmindir
Tarix: 28.11.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


İsrail prezidenti Şimon Peres Yaxın Şərqdə sülhün bərqərar olmasına dair danışıqların müsbət nəticə verəcəyinə əmindir. Ş.Peres Mexikoda səfərdə olarkən deyib: “İndi Meksika bütün Latın Amerikasını silkələdiyi kimi İsrail də bir ölkə olaraq bizim regiona öz töhfəsini vermək istəyir. Biz bir-birimizə düşmən olmaq üçün, başqalarına ağalıq etmək, kimlərisə torpaqdan məhrum etmək üçün doğulmamışıq, biz sülh üçün doğulmuşuq”.
Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan Fələstin-İsrail danışıqları təxminən dörd ay bundan əvvəl bərpa olunub, lakin bu yaxınlarda Fələstin nümayəndə heyəti istefa verib və danışıqlarda böhranlı vəziyyət yaranıb. Fələstin nümayəndə heyəti özünün bu hərəkətini danışıqlarda heç bir irəliləyiş olmaması və İsrailin yeni məskənlər salmaq fəaliyyətinin davam etməsi ilə əsaslandırıb.
Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas noyabrın ortalarında Misir televiziyasına verdiyi müsahibədə bildirib ki, o, gələn il aprel ayına qədər İsrail ilə danışıqları davam etdirmək əzmindədir, tərəflər arasında razılaşdırılmış doqquz aylıq müddət başa çatandan sonra isə onlar münaqişənin tənzimlənməsi üçün vasitələr seçimində sərbəst olacaqlar.
Peres Mexikoda deyib: “Biz razıyıq ki, bu münaqişəyə cavab iki xalq üçün iki dövlət haqqında qərara əsaslanmalıdır”. Onun sözlərinə görə, tamamilə mümkündür ki, proses sadə olmayacaq, lakin sülh həm İsrail üçün, həm də Fələstin üçün zəruridir: “Bu, hər iki ölkənin xalqlarının və hökumətlərinin xeyrinədir, çünki insanlara “yeni Yaxın Şərq” lazımdır. Biz hərtərəfli saziş bağlamaq əzmindəyik, çünki sülh son dərəcə zəruri və fundamental məsələdir, bu, ilk növbədə mənəvi imperativdir”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info