“Rusiya pilotsuz təyyarələrdən geniş istifadə etməyəcək”
Tarix: 28.11.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“Rusiya digər ölkələr kimi, pilotsuz təyyarələrdən geniş miqyasda istifadə etməyəcək. Ona görə ki, “bu, kompyuter oyunu deyil”. “RİA Novosti”nin məlumatına görə, bu haqda Rusiya Federasiyasının prezidenti Vladimir Putin hərbi-hava qüvvələrinin inkişafı üzrə müşavirədə bildirib. “Hazırda pilotsuz təyyarələrdən dünyada geniş istifadə olunur. Lakin biz digər dövlətlər kimi, hərəkət etməyəcəyik. Bu, kompyuter oyunu deyil, ciddi hərbi komplekslərdir: zərbəçi, kəşfiyyatçı... Və təbii ki, onların yaxşı perspektivi var” - deyə RF dövlət başçısı qeyd edib.
V. Putin xatırladıb ki, 2013-cü ildə dövlət müdafiə sifarişi çərçivəsində ordu 86 təyyarə və 100-dən çox helikopterlə təchiz olunub. Gələn il daha 120 təyyarə və 90 helikopterin verilməsi planlaşdırılır. 2020-ci il üçün isə hərbi-hava qüvvələri təqribən 1,6 min ədəd yeni texnika almalıdır. Beləliklə, orduda yeni hava qüvvələri texnikasının payı 70% çatacaq. Prezident təyin edilmiş müddəti nəzərə almağı və istehsal keyfiyyətini diqqətlə izləməyi tapşırıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info