Fransa şirkətləri Azərbaycana maraq göstərirlər
Tarix: 29.11.2013 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Fransa şirkətləri Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncə şəhərində tramvay xəttinin yaradılmasına maraq göstərirlər. “Palitra”nın məlumatına görə, bu barədə Bakıda keçirilən Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyasının yeddinci iclasının yekun protokolunda deyilib.
Protokola görə, bundan başqa, Fransa şirkətləri Bakı Metropoliteni xətlərinin tikintisində, siqnal sisteminin yaradılmasında və onun digər avadanlıqlarla təchiz olunmasında iştirakda maraqlıdırlar.
Fransanın "Alstom" və "Thales" şirkətləri "2010-2014-cü illərdə Azərbaycanda dəmiryol nəqliyyatı sisteminin inkişafı üzrə Dövlət Proqramı"nın reallaşdırılması çərçivəsində müasir siqnal sistemlərinin və dəmiryol nəqliyyatının təmin olunmasına davamlı maraqlarını da qeyd ediblər.
Eləcə də tərəflər hökumətlərarası komissiyanın iclası zamanı Azərbaycanla Fransa arasında beynəlxalq avtomobil daşımaları üzrə sazişin, eləcə də bu sazişin reallaşdırılması üzrə protokolun imzalanması prosesinin sürətləndirilməsi üçün bütün lazımi tədbirlər görülməsinin zəruriliyini qeyd ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info