“Bakutel-2013” ziyarətçiləri “e-imza” kartına pulsuz sahib olacaqlar
Tarix: 29.11.2013 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Bu il bir çox yenilikləri ilə diqqət çəkəcək 19-cu “Bakutel” sərgisinin ziyarətçiləri üçün daha bir sürpriz nəzərdə tutulur. Belə ki, “Bakutel-2013” sərgisində ziyarətçilər “Elektron hökumət” portalı stendində qeydiyyatdan keçməklə “e-imza” kartına pulsuz sahib olma imkanı əldə edəcəklər. Vətəndaşların elektron xidmətlərə artan marağını nəzərə alaraq, eyni zamanda “Elektron hökumət” portalından istifadənin daha da genişləndirilməsi məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən sərgidə “Elektron Hökumət Portalı” pavilyonu quraşdırılacaq. Pavilyona müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə biləcəklər. Bundan sonra vətəndaş yalnız pavilyon ərazisindən “www.e-gov.az” portalına daxil olaraq, elektron imza alınması üçün “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” onlayn müraciət formasını dolduracaq və ödənişsiz olaraq sifariş edəcək. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim ediləcək. Beləliklə, vətəndaş Sertifikat Xidmət Mərkəzinə getmədən “e-imza” kartını pulsuz əldə edəcək. Bunun üçün isə vətəndaşın yalnız şəxsiyyət vəsiqəsi ilə sərgidə “Elektron hökumət” portalına ayrılmış pavilyona yaxınlaşması kifayətdir. Bu yeniliklər yalnız sərgi ziyarətçilərinə şamil ediləcək.
Qeyd edək ki, elektron xidmətlərdən istifadənin genişləndirilməsi istiqamətində yaradılan imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafə”ni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info