Heydər Əliyevə həsr olunan inşa müsabiqəsi
Tarix: 29.11.2013 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


YAP Binəqədi Rayon Təşkilatında Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının təşəbbüsü ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Unudulmaz dahi” adlı inşa yazı müsabiqəsi keçirildi.
Tədbiri giriş sözü ilə açıq elan edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Qüdsi Bayramov müsabiqənin keçirilməsi məqsədindən danışdı. O qeyd etdi ki, müsabiqənin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin anım gününün qeyd olunması, Ümummilli lider Heydər Əliyevin ideyalarının gənclər arasında təbliği və rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsidir. Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov müsabiqənin keçirilməsinin vacibliyini vurğuladı. O, Ümumilli lider Heydər Əliyevin irsinin qorunması istiqamətində həyata keçirilən tədbirləri qeyd etdi və bildirdi ki, Binəqədi rayonu məktəbləri arasında inşa müsabiqəsinin keçirilməsi ümumilli liderin daima təbliğ etdiyi prinsiplərin, ideyaların təbliği istiqamətində mühüm addımdır.
Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev çıxış edərək müasir Azərbaycanın qurucusu olan ümumilli lider Heydər Əliyevin fəaliyyətindən danışdı və qeyd etdi ki, inşa müsabiqəsinin məktəb şagirdləri arasında keçirilməsi ümumilli liderin irsinin təbliği istiqamətində vacib fəaliyyətdir.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Aygün Əliyeva müsabiqə iştirakçılarına uğurlar arzuladı və bildirdi ki, Ümumilli lider Heydər Əliyevin irsi Azərbaycanın ən dəyərli əqli mülkiyyətidir.
Sonra Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova müsabiqə iştirakçısı olan şagirdlərə müsabiqənin əsasnaməsini oxudu və uğurlar arzuladı.
Qeyd edək ki, Binəqədi rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Unudulmaz dahi” adlı inşa yazı müsabiqəsində rayonun 32 orta məktəbindən 70 nəfər şagird iştirak etdi. Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaq və şəhər mərhələsinə vəsiqə qazanacaqlar.







 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info