Birincilərin hesabat konserti
Tarix: 29.11.2013 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin birinci kurs tələbələrinin hesabat konserti keçirilib.
İlk öncə tələbələr geniş musiqi proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri T.Quliyevin, F.Əmirovun, Ü.Hacıbəyovun, Q.Qarayevin, V.Adıgözəlovun ölməz bəstələri, dünya klassiklərindən P.Çaykovskinin, F.Şopenin və başqalarının məşhur kompozisiyaları, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib. Konsertdə musiqi müəllimiliyi ixtisası üzrə təhsil alan xarici tələbə Bilal Ərdoğanın “Uca dağ başında” musiqisini sazda ifa etməsi konsert iştirakçılarının böyük marağına səbəb olub.
Konsertin sonunda fikirlərini bölüşən universitetin rektoru, professor Saleh Məhərrəmov bildirib ki, bugün incəsənət fakültəsinin həyatında çox əlamətdar bir gündür. İncəsənət fakültəsinin birinci kurs tələbələrinin hesabat konserti istedadların seçimi, qabiliyyətlərin nümayişi baxımından əhəmiyyətlidir. Natiq, universitetdə digər sahələrdə olduğu kimi, ali musiqi təhsilinə də dövlət qayğısı olduğunu nəzərə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır və bu işdə onlara uğurlar arzulayıb.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov, Əməkdar mədəniyyət işçisi, Fortopiano kafedrasının baş müəllimi Rəna Cəfərova, Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov, Fortepiano kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vidadi Heydərov, Fortepiano kafedrasının müdiri, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Səidə Məmmədova çıxışlarında tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılığını ifadə etməklə yanaşı, öz irad və təkliflərini də bildiriblər.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Culfada yeni meyvə bağları salınır
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info