Böyük Britaniyanın səfiri Naxçıvan Dövlət Universitetindən xoş təəssüratlarla ayrılıb
Tarix: 29.11.2013 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Səfir Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki Geologiya, minerologiya və yerşünaslıq, habelə botanika və zoologiya muzeylərində, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Tərcümə tədris mərkəzində, Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində olub. Universitetin rektoru, professor Saleh Məhərrəmov qonağı salamlayaraq Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali təhsil sistemində yüksək reytinq qazandığını, müasir tipli, dünya standartlarına cavab verə biləcək, güclü maddi-texniki bazaya, çoxsaylı professor-müəllim heyətinə malik ali məktəb olduğunu bildirib, universitetin tələbə kontingenti, burada fəaliyyət göstərən fakültə və ixtisaslar barədə məlumat verib. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğıdan yetərincə bəhrələnən bu ali təhsil ocağı dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi istiqamətində mühüm nailiyyətlər qazanıb. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan universitetdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirir, müxtəlif elm sahələri üzrə beynəlxalq mütəxəssislər universitetə dəvət olunurlar. Azərbaycanda diplomatik fəaliyyətə yeni başlayan İrfan Siddiq Naxçıvan Muxtar Respublikası, buradakı yüksək təhsil infrastrukturu haqqında məmnunluqla danışıb, Naxçıvan Dövlət Universitetinin timsalında ölkədə təhsilini inkişafına külli miqdarda dövlət investisiyası qoyulmasını yüksək qiymətləndirib. Səfir ölkələrarası münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb, Böyük Britaniyadakı təhsil sistemi haqqında məlumat verib. Görüşdə universitetlərarası tərəfdaşlıqla bağlı təkliflər müzakirə olunub. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüş maraqlı diskussiya şəklində keçib, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq tələbələri maraqlamdıran sualları cavablandırııb.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info