“Benilüks Azərbaycanlıları Konqresi strateji plan hazırlayıb”
Tarix: 30.11.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Nasir Mahmudov: “Biz çalışırıq ki, konqres ictimai-siyasi proseslərə təsir etmək imkanlarına malik olsun”

Müsahibimiz hazırda Hollandiyanın Amsterdam şəhərində yaşayır Nasir Mahmudovdur. O, Benilüks Azərbaycanlıları Konqresinin media müşaviridir. Eyni zamanda redaktor, kinorejissor, prodüser, yazıçı və rəssam kimi çalışır.
-Bu gün Azərbaycan-Niderland münasibətlərinin inkişafında diasporun rolu necədir?
- Benilüks ölkələri parlamentləri ilə Azərbaycan Milli Məclisi arasındakı dostluq qrupunun üzvlərinin mütəmadi görüşlərini təşkil edirik. Eyni zamanda müxtəlif yerli siyasi partiyaların nümayəndələrinin Bakıya səfərlərini təşkil edərək, onların ölkəmizdəki vəziyyətlə yaxından tanış olmalarına çalışırıq. Azərbaycan diasporu Prezidentin irəli sürdüyü konsepsiya əsasında hücum taktikasını seçib. Benilüks Azərbaycanlıları Konqresi yarandığı gündən məqsədi Benilüks ölkələrində yaşayan həmvətənlərimizi vahid mərkəzdə birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Avropa ölkələrinin siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq olub. Eləcə də, Avropa ilə Azərbaycan arasındakı əlaqələrdə körpü rolunu da yerinə yetirməyə çalışırıq. Burada əsas strateji məqsəd, ümummilli liderimizin müəyyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaq və Azərbaycanı təbliğ etməkdir. Bu gün Azərbaycan diasporunun qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Əlbəttə ki, biz Azərbaycan tarixi və mədəniyyətinin təbliğatı üzrə rəsmi tədbirlər keçiririk. Bu tədbirlərə Benilüks ölkələri hökumətlərinin rəsmi şəxslərini, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərini də dəvət edirik.
- Gənclərimiz diaspor tədbirlərində fəal iştirak edirlərmi?
- Dünyanın müxtəlif ölkələrində dövlət və ya qeyri-dövlət xətti ilə ali təhsil alan gənclərimiz var ki, onlar Azərbaycanın təbliği, Xocalı soyqırımının tanıdılması, erməni yalanlarının ifşası istiqamətində fəaliyyət göstərirlər. Benilüks Azərbaycanlıları Konqresi də öz növbəsində həmin gənclərlə birgə işləməyə üstünlük verir. Son zamanlar gənclərimizin aktivliyi nəzərə çarpacaq dərəcədə artıb. Bu sahədə hələ görüləsi işlər çoxdur. Biz çalışırıq ki, Benilüks Azərbaycanlıları Konqresi ictimai-siyasi proseslərə təsir etmək imkanlarına malik olsun. Bu sahədə konkret bir strateji plan hazırlanıb həyata keçiriləcək. Benilüks Azərbaycanlıları Konqresi bu məsələni diqqətdə saxlayır və çalşacağıq ki, daha ciddi nəticələr əldə edə bilək.
- Bu il yaradılan senatorluq institutu haqqında nə deyə bilərsiniz?
- 3 iyun 2013-cü ildə BAK-ın tərkibində ölkəmizə dair məlumatları operativ şəkildə çatdıran və lobbiçilik məsələləri ilə ciddi məşğul olan senatorluq institutunun yaradılması məqsədəuyğun hesab edilib. Yeni institut Benilüks ölkələrində yaşayan azərbaycanlıları BAK ətrafında daha sıx birləşdirmək və onların fəaliyyətini istiqamətləndirmək məqsədi daşıyacaq, Avropa Parlamentində akkreditə olunan lobbi qrupunun işinə lazımi dəstək verəcək, ən aktual məsələləri idarə heyətinin müzakirəsinə göndərəcək, qəbul olunan qərarların icrasına nəzarət edəcək və konqresin fəaliyyət istiqamətini müəyyənləşdirəcək.
- Artıq bir neçə ölkənin parlamenti Xocalı soyqırımını tanıyıb. Bu məsələnin Niderland parlamentidə də gündəmə gətirilməsi nə dərəcədə mümkündür?
- Konqres olaraq artıq lobbi təşkilatı kimi akkreditə olunmuşuq. Benilüks Azərbaycanlıları Konqresi olaraq Xocalı soyqırımı aktını Benilüks ölkələrinin parlamentlərində müzakirəyə çıxarmaq istiqamətində çalışırıq. Ötən müddət ərzində Azərbaycan icmasını Niderlandda tanıda bilmişik, digər Benilüks ölkələrində də bunu həyata keçirməyə səy göstəririk. Biz digər xalqların diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlıq müxtəlif formalarda olur. Buna qarşılıq olaraq da, həmin təşkilatlar Azərbaycan diasporunun fəaliyyətinə yaxından köməklik göstərirlər.
- Daha hansı tədbirləri keçirməyi nəzərdə tutmusunuz?
- Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq “Azərbaycanın və Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın inkişafı” adlı beynəlxalq layihənin hazırlıq işləri yekunlaşıb. Layihə “Azərbaycan - Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi və Benilüks Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı tərəfindən dekabrın 13-dən 18-dək Bakıda və Quba rayonunda həyata keçiriləcək. Layihənin əsas məqsədi Avropada və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsidir.
Layihədə İtaliya, Niderland, İspaniya, Polşa, Estoniya, Slovakiya, Gürcüstan və Türkiyədən 15 nəfər gənc iştirak edəcək. Layihə çərçivəsində müvafiq gənclər və tələbə təşkilatları ilə görüşlər nəzərdə tutulub. Eyni zamanda, Benilüks Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı ilə Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Bununla yanaşı, qonaqlar Quba soyqırımı məzarlığı ilə tanış olacaq, həmçinin regionun tarixi və mədəni abidələrinə ekskursiya edəcəklər.
Fuad Hüseynzadə







 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info