“Azərbaycan həqiqətlərini tez-tez Türkiyə mediasına çatdırmalıyıq”
Tarix: 30.11.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


İstanbul Beykent Universitetinin tələbəsi Ərtoğrul Cahandar:
“Türkiyədə təhsil alan tələbələrimizin bu ölkənin bölgələrində fəaliyyət göstərən diaspor dərnəkləri ilə sıx əlaqə saxlaması vacibdir”

-Özünüz və hazırda fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Mən Ərtoğrul Cahandar Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi Yasamal rayon 13 nömrəli məktəbdə almışam. Daha sonra orta təhsilimi Səbail rayounu Hüseyn Cavid adına 132 saylı orta məktəbdə davam etdirmişəm. Orta təshilimi bitirdikdən sonra ali təhsilimi Şimali Kipr Türk Cümhuriyyəti Girne Amerikan Universitetində davam etdirmişəm. Əvvəldən ali təhsilimi İstanbulda almaq istəyirdim. Bununla əlaqədar Kiprdə bir il təhsil aldıqdan sonra universiteti öz istəyimlə “dondurdum”. Sonra Türkiyənin paytaxtı Ankara şəhərində imtahan verərək, İstanbul Beykent Universitetinə qəbul oldum. Hal-hazırda İqtisadiyyat və idarəetmə fakültəsinin İdarəetmə bölümündə təshil alıram. Ümumiyyətlə,Türkiyədə təhsil alan fəal Azərbaycan gənclərindən biriyəm. Hazırda diaspor işlərində fəaliyyətdəyəm. Mənim diaspora olan sevgim və marağım hələ təhsil aldığım orta məktəb dönəmlərindən başlayıb. Bir çox diaspor tədbirlərində iştirak edirdim. Bundan əlavə ulu öndər Heydər Əliyevin “Xaricdə yaşayan hər bir azərbaycanlının ürəyi Azərbaycanla döyünməldir”- sözləri mənim diaspora olan marağımı daha da artırdı. Hər zaman istəmişəm ki, diaspor işlərində yaxından çalışam və fəaliyyət göstərəm. Hal-hazırda Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Türkiyə təmsilçisiyəm.
- Təhsil aldığınız ölkədə azərbaycanlı tələbələr və diasporun fəaliyyəti ilə bağlı nələri deyə bilərsiniz?
- Türkiyədə 7300 azərbaycanlı tələbə təhsil alır. Türkiyənin bir çox bölgələrində Azərbaycan diaspor dərnəkləri fəaliyyət göstərir. Mənə görə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin diaspora olan maraqları və dövlətimizə olan bağlılığı daha çox artmalıdır. Və bununla bərabər Türkiyənin bir çox bölgələrində fəaliyyət göstərən diaspor dərnəkləri olduqları bölgələrdən daha çox Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri ilə sıx əlaqələr saxlamalıdırlar. Azərbaycan problemlərini tez-tez Türkiyə gündəminə və mediyasına çatdırmalıdırlar. Mənim şəxsi fikirlərimə görə, Azərbaycan həqiqətlərini hansısa xüsusi bir gündə və ya hansısa tarixi gündə deyil, başqa vaxtlarda da Türkiyə gündəminə çıxarmaq lazımdır. Ümumiyyətlə, ilin bütün aylarında tez-tez Azərbaycanla əlaqədar toplantılar, tədbirlər keçirməliyik ki, bununla da biz gördüyümüz işləri nəinki Türkiyə mediası, hətta dünya mediasının gündəminə də daşımış olaq. Əgər Türkiyədə fəaliyyət göstərən diaspor dərnək nümayəndələrimiz belə mövzulara önəm verərlərsə, əminəm ki, Azərbaycan diasporu daha da inkişaf edəcək. Bizlər dünyanın dörd bir tərəfində yaşasaq da Azərbaycanımıza bağlı olmalıyıq.
-Seçdiyiniz ixtisasla bağlı nələr deyə bilərsiniz? Bu ixtisasın Azərbaycanda nə qədər işlək olduğunu düşünürsünüz?
- Təbii ki, mənim ixtisasım İdarəetmə bölümüdür. İdarəetmə ümumiyyətlə, insanların ehtiyaclarını qarşılamaq məqsədilə istehsal faktorlarını şüurlu və sistemli bir şəkildə bir araya yığaraq işləyən və ya işlədən iqtisadi vahiddir. Təbii ki, mənim fikirlərimə görə Azərbaycanda İdarəetmə ixtisas sahəsinə tələb daha çoxdur. Çünki qloballaşan dünyamızın müasir yaşam tərzimizdə, bank sahəsi, maliyyə, marketinq, turizm kimi sahələrə tələb çoxalıb. Və bu səhələrin idarə olunmasına ixtisaslı kadrlar lazımdır. Dövlətimiz günü-gündən inkişaf edir, güclənir. Bununla bərabər idarəetmə ixtisasının Azərbaycanda daha çox inkişaf edəcəyinə inanıram. Bu gün Azərbaycanda bütün sahələr inkişaf edir və ölkəmizə gələn turistlərin və xarici iş adamlarının sayının artması turizm sahəsinin inkişafına səbəb olub.
- Azərbaycan mədəniyyəti və həqiqətlərini universitetdə lazımınca təbliğ edə bilirsinizmi?
- Azərbaycan mədəniyyəti və həqiqətlərini təhsil aldığım universitetdə təbliğ edirik. Ümumiyyətlə, İnstanbulun bir çox universitetlərində azərbaycanlı tələbələr müxtəlif tədbirlər və tanıtım günləri keçirirlər. Mən təhsil aldığım universitetdə bu il azərbaycanlı tələbələrlə birləşib 20 Yanvar və Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirmişik. Gələn il açıq konfrans təşkil etmək fikrimiz var. Konfransa tək azərbaycanlı tələbələri deyil, türkiyəli tələbə və gəncləri də dəvət edəcəyəm və bundan əlavə Türkiyə mediasını da dəvət edəcəyəm. Bizlər dünyanın harasında olursaq-olaq, Azərbaycanla bağlı tədbirlər, tanıtım günləri, konfranslar keçiməliyik. Bizlər diaspor nümayəndəsi olduğumuz üçün bu işlər bizim üçün bir borcdur. Əlavə olaraq xaricdə təhsil alırıqsa əlimizdən gəldiyi qədər təhsil aldığımız ölkədə azərbaycanlı tələbələrlə əlaqə saxlayıb, tarixi günlərimizdə bir araya gəlib tədbirlər, konfranslar keçirməliyik ki, Azərbaycan həqiqətlərini yaşadığımız ölkədə daha çox gündəmə gəlsin. Belə bir söz də var, “Tək əldən səs çıxmaz”. Təbii ki, bizlər bir olmalı, Azərbaycanımız üçün bir yumruq kimi birləşməliyik. Ulu öndər Heydər Əliyevin çox gözəl dəyərli sözü var : “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Təbii ki, ulu öndərimizin bu gözəl sözlərilə bütün xaricdə yaşayan dünya azərbaycanlıları qürur duyur.
- Bu barədə universitetinizdə və yaşadığınız şəhərdə həyata keçirilən tədbirlərlə bağlı nələri deyə bilərsiniz?
- Təbii ki, hər il dekabr ayının 31- Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar İstanbuldakı Baş konsulluq tərəfindən tədbirlər və Azərbaycan gecəsi keçirilir. Bununla əlaqədər hörmətli Həsən Zeynalova təşəkkürlərimi bildirirəm. Türkiyənin bir çox bölgələrində diaspor dərnək nümayəndələrimiz Azərbaycanla əlaqədar bir çox konfranslar, tədbirlər keçirirlər. Mən özüm İstanbulda yaşayıram və bu il planlaşdırmışam ki, dekabr ayında azərbaycanlı tələbələrlə birlikdə tədbir hazırlayam. Tədbirdə Türkiyədə təhsil alan fəal azərbaycanlı tələbərlə görüşüb, ortaq fikirlər, görəcəyimiz işlərlə bağlı nələr edə biləcəyimiz haqda müzakirə aparacağıq. Belə tədbirlər münasibətlərimiz, dostluğumuz, birliyimizin inkişafına yardım edir. Bizlər hər nə qədər sosial aləmdə bir-birlərimizi tanısaq da, gerçək həyatda bir-birlərimizi az tanıyırıq. Mən də istəyirəm ki, Türkiyədə təhsil alan fəal azərbaycanlı gənclərimizi bir araya gətirib, bir-birlərimizi yaxından tanıyaq, Azərbaycanımız üçün çalışaq. “Azərbaycan gənclik üçün, gənclik Azərbaycan üçün fəxr etməlidir”. İstanbulda olduğum müddət ərzində Azərbaycanla əlaqədar tədbirlər, konfranslar keçirməyə çalışacam. Bu yolla mədəniyyətimizi, tariximizi və Azərbaycan həqiqətlərini Türkiyə gündəminə çatdıracam. “Birimiz hamımız üçün, hamımız birimiz üçün” çalışmalıyıq. Bizlər unutmamalıyıq ki, azərbaycanlıyıq və Azərbaycanımız üçün birləşməliyik.
- Türkiyədə ali təhsil almağın özəllikləri ilə bağlı nələri demək olar?
- Ümumiyyətlə, əgər təhsilin özəlliklərindən danışırıqsa, ali təhsil proqramları tələbələrə, dövrün tələblərinə uyğun çatdırılmalıdır. Açıq və təsirli düşünə bilmək və bunları yaza bilmə hadisələri geniş bir çərçivədə dəyərləndirə bilmə bir sahədə dərin məlumat sahibi ola bilmək çox vacibdir. İnformasiya cəmiyyətinin təhsil proqramları, "öyrənmənin davamlılığı" prinsipinə əsaslanır. Bu səbəblə, fərdlərə çox şeylər öyrətmək deyil, öyrənmə imkanlarını inkişaf etdirmək əhəmiyyətlidir. Maraqlısı budur ki,Türkiyə təhsil sistemində gözəl bir söz var: "Türkiyənin gələcək nəsillərinə investisiya etmək, məktəbdən işə keçid və Türkiyənin inkişafı". Fikrimcə, Türkiyədə təhsil sistemi Avropdaki təhsil sistemi ilə eynidir. Universitetlərdə tədris Bolonya sistemi ilə keçirilir. Türkiyədə ali təhsil keyfiyyətli və bir o qədər də ağırdır. Amma diplomları Avropa ölkələrində və demək olar ki, bütün dünyada tanınır. İşə qəbul zamanı da problem yaşanmır.
- Təhsil aldıqdan sonra harada işləməyi düşünürsünüz? Gələcək planlarınız nədir?
- Təbii ki, ilk olaraq xaricdə işləməyi düşünürəm. Bu mənim üçün həm iş baxımından bir təcrübə olar, həm də işi daha düzgün bilməyimə kömək edər. Gələcək planlar çox olsa da, təbii ki, bunların reallaşmasını zaman göstərəcək. Azərbaycanı, dövlətimi, millətimi sevən bir şəxs olaraq demək istəyirəm ki, gələcəkdə yenə də diaspor işlərində fəaliyyətimi davam etdirəcəm və bununla əlaqədar daha sıx işlər görəcəyəm. Çünki, özümdə güvən, inam, və dövlətimə sevgi var.
İlkin Ağayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info