ABŞ-ın vitse-prezidenti Yaponiyaya rəsmi səfərə gəlir
Tarix: 02.12.2013 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Dekabrın 2-də ABŞ-ın vitse-prezidenti Cozef Bayden Yaponiyaya rəsmi səfərə gəlir. Bütün nəzərlər Yaponiya və ABŞ liderlərinin Şərqi Çin dənizində Çinin elan etdiyi yeni hava hücumundan müdafiə (HHM) zonası ilə bağlı hansı addımları atacağına yönəlib.
Yaponiyadan sonra C.Baydenin Çinə və Koreya Respublikasına səfər edəcəyi bildirilir.
Yüksək səviyyəli amerikalı qonağın dekabrın 3-də Yaponiyada Baş nazir Şinzo Abe ilə görüşü planlaşdırılır. Həmin görüş zamanı Çinin Şərqi Çin dənizinin böyük bir hissəsini əhatə edən yeni HHM zonasının əsas müzakirə mövzusu olacağı gözlənilir. Həmin zona Çinin Müdafiə Nazirliyi tərəfindən noyabrın 23-də elan edilib.
Dekabrın 4-də isə C.Baydenin artıq Pekində Çin rəhbərliyi ilə görüşlər keçirəcəyi bildirilir.
Çinə səfər ərəfəsində ABŞ-ın vitse-prezidentinin Yaponiyaya gəlişi Tokioda ABŞ-Yaponiya əməkdaşlığının sarsılmazlığı və sonrakı birgə fəaliyyətin təsdiqi kimi qiymətləndirilir.
Bununla yanaşı, Yaponiya və ABŞ arasında Çinə münasibətdə müəyyən fərqlərin mövcudluğu da qeyd edilir. Belə ki, noyabrın 29-da ABŞ Dövlət Departamenti Amerikanın kommersiya aviaşirkətlərinin Çinin müəyyən etdiyi yeni HHM zonası üzərindən uçarkən uçuş planının əvvəlcədən Çin tərəfinə təqdim edilməsi barədə təklifi bəyənib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info